PDF Oxu

Siyasət

  • 3 123

Siması gözoxşayan Füzuli rayonu ŞƏRH

Siması gözoxşayan Füzuli rayonu ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində qələbə çalaraq işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 17 oktyabr - Füzuli şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şəhər günlərinin təsis olunması həmdə Vətən Müharibəsində qazanılmış şanlı qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Füzuli şəhərinə yola düşən ilk köç karvanı öz ünvanına cari ilin avqustun 18-də çatıb. Məhz otuz ildən sonra ilk 23 ailə yenidən doğma ata-baba torpaqlarında, Füzulidə məskunlaşıb. Azərbaycan Respublikası şanlı Zəfər qələbəsindən sonra işğaldan azad olmuş Qarabağda nəhəng tikinti-abadlıq işləri həyata keçirirki, bu da Qarabağ ərazisini nəhəng tikinti meydançasına bənzədi. Bütövlükdə bütün bölgədə yenidənqurma işləri sürətlə dəvam etdirilərək qızğın iş gedir. Şəhərlər, kəndlər yenidən qurulur. Yaşayış evləri ilə yanaşı, parklar, xiyabanlar da salınır. Mühüm olan, Füzuliyə köç edənlərin və bölgə sakinlərinin işlə təmin olunması üçün yeni istehsal müəssisələri açılır. Bütün görülən işlər Azərbaycan Respublikanın öz daxili imkanları və iqtisadi gücü hesabına həyata keçirilir. Bu gün artıq bütün dünyanın gözü Azərbaycandadır. Ölkəmiz qalib dövlət kimi iqtisadi gücü və zəngin təbii ehtiyatları ilə də böyük güclərin maraq dairəsindədir. Qeyd etməliyəm ki, Füzuli şəhərində qızğın tikinti işləri gedir. 850 mənzil tikilir, 2-3-4 otaqlı mənzillər sakinlərə tam təmirli şəkildə təhvil veriləcək. Əvvəllər Füzuli şəhərində 321 hektar məskunlaşma ərazisi olub. Hazırda isə qurulacaq 1942 hektar ərazi nəzərdə tutulur. Füzuli gələcəkdə həm də sənaye şəhərinə çevriləcək. Ərazinin genişləndirilməsi şəhərin daha böyük imkanlara malik olacağından xəbər verir. Baş Plana uyğun olaraq gələcəkdə şəhər mərkəzində böyük mədəniyyət məhəlləsinin salınması, bir neçə mədəniyyət obyektlərinin - teatr binası, kitabxana kimi binaların da inşa ediləcəyi bildirilir. Böyük bir ərazidə isə Zəfər və İşğal muzeyləri yerləşəcək. ASAN Xidmət və Heydər Əliyev Mərkəzləri də işğaldan azad edilən Füzuli şəhərində Qazaxıstan və Özbəkistan dövlətləri tərəfindən tikilən məktəb, uşaq yaradıcılıq mərkəzi və bağça da şəhərin mərkəzində fəaliyyət göstərəcək. Füzuli şəhəri ilə bərabər Dədəli kəndində də tikinti işləri aparılır. Kənddə birinci mərhələdə 327 ev tikiləcək. Füzuliyə sayca 6-cı dəfə cari ilin sentyabrın 15-də 25 ailə (73 nəfər) Füzuliyə yola salınıb. Bununla da Füzuli şəhərində 144 ailənin (514 nəfər) daimi məskunlaşması təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Cənab Prezidentin şəhər günlərində yerli sakinlərlə görüşü mühüm və əhəmiyyət kəsb edir. Bu ölkə başçısının Azərbaycan xalqı qarşısında verdiyi vədlərə sadiqliyinin göstəricisidir. Sonda Prezident İlham Əliyevin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə füzulilərə müraciətində ki, fikri ilə bitirmək istərdim: Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər