Mövcud reallıq və faktlar ondan ibarətdir ki, bu gün dağıdıcı müxalifət əvvəlki illərə nisbətən daha ağır vəziyyətdədir. Çünki Azərbaycan cəmiyyətinin onlara olan qəzəb və nifrəti fonunda xarici ağaları ilə də münasibətləri heç də ürəkaçan deyil. Səbəbi xarici anti-Azərbaycan qüvvələrin, xüsusi ilə də, erməni lobbisinin onların qarşısında qoyduğu şərtlərin böyük hissəsinin hələ də yerinə yetirə bilməmələridir. Düzdür, verilər tezislərə uyğun işlərini qurub, sosial şəbəkələr vasitəsi ilə böhtan kampaniyası aparır və dezinformasiya xarakterli informasiyalar tirajlayırlar. Lakin bu fəaliyyət nəticə vermir. Cəmiyyət onların yaydıqları böhtanları qətiyyətlə rədd etdiyindən fəaliyyətləri özlərinə qarşı çevrilmiş olur. Ona görədir ki, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Şura üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri xalqa qarşı qeyri-etik ifadələr səsləndirirlər. Pulun şirinliyinə aldanan dağıdıcı müxalifət istər 44 günlük Vətən savaşında, istərsə də üçrəngli bayrağımızın Xankəndidə ucaldılmasından sonra geniş və əhatəli şəkildə cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanan fəaliyyət yolu tuturlar. Bu da onu deməyə əsas verir ki, xarici maraqlı dairələrin göstərişlərini yerinə yetirmək Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri üçün daha önəmlidir.
“Bu bayquş bir daha yanıldı”
Fikir verin, Ermənistanın diz çöküb, təslim olmasından sonra AXCP sədri Ə.Kərimli demək olar ki, hər gün təxribat xarakterli açıqlamalar yayımlayırdı. Gah deyirdi ki, sərhəd keçid məntəqəsi yaradılmayacaq, gah da iddia edirdi ki, Laçına gedərkən rus sülhməramlılarından icazə almalı olacağıq. Başqa bir sayıqlamasında isə Ə.Kərimli bildirirdi ki, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərimizə getmək mümkün olmayacaq. Lakin bu bayquş bir daha yanıldı. Azərbaycan həm Laçın sərhəd keçid məntəqəsi yaratdı, həm də Laçına sərbəst olaraq gediş gəlişi təmin etdi. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımızı ucaltdı. Bununla da bütün suallara cavab verdi, nəyi, necə və nə zaman etməyi yalnız O bildiyini nümayiş etdirdi.
Əli Kərimlidə siyasi mədəniyyət olsa idi, siyasətdən gedərdi
Əgər Ə.Kərimli və digərlərində siyasi mədəniyyət və cəsarət olsa idi, bundan sonra siyasətdə qalmağı özlərinə abır, həya edərdilər, xalqdan üzr istəyər və siyasətdən gedərdi. Lakin göründüyü kimi, siyasətə gəlir mənbəyi kimi baxan Ə.Kərimli nəinki siyasətdən getmək haqqında addım atır, əksinə, həyasız və abırsız hərəkətlərini və davranışlarını daha geniş formada davam etdirir. Məhz bu əməlinə görədir ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Ə.Kərimlini siyasi fahişəlikdə günahlandırıb. Bildirib ki, o kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: "Yəni, bu fərdlərə siyasətdə siyasi fahişə, siyasi pozğun deyirlər. Ümumiyyətlə, Ə.Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə. Məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır". Müasir Müsavat Partiyasının sədri eyni zamanda bildirib ki, AXCP sədri barədə mütləq şəkildə ciddi ölçülər götürülməlidir. Çünki bu ünsürə imkan verilərsə, daha böyük xəyanətlərə imza atacaq: "Sirr deyil ki, müxtəlif dövlətlərin Azərbaycanda müəyyən maraqları var və bu maraqları həyata keçirməkdən ötrü Ə.Kərimli kimi adamlardan istifadə edirlər. Misal üçün, mənim də Azərbaycanda müxtəlif diplomatik nümayəndəliklərdə görüşlərim olur və həmin vaxtlar mənə elə təkliflər olunur, ancaq söz yox ki, Vətənimin, dövlətimiz maraqları mənim üçün hər şeydən yüksəkdədir. Ə.Kərimli üçün isə bu amil mövcud deyil. İndi elə adamlar var ki, bütün yerlərə işləməklə özlərini satırlar".
Tofiq Yaqublu və Əli Kərimli satılmağa öyrəncəlidirlər
Bu gün Azərbaycan xalqı qürurverici anlar yaşayır. İşğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, təmir və bərpa işləri aparılır. Hər gün hansısa kənd və qəsəbəyə keçmiş qaçqın və köçkünlərin qayıdışı barədə məlumatlar eşidirik. Sevincdoğuran xəbərlər yayıldıqca, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların üzü gülür, sevinir, fərəh hissi keçirir. Təəssüf ki, dərdə, qüssəyə mübtəla olanlar yalnız ermənilər və onları himayəyə götürmüş Makron kimi əndrəbadi məxluqlardır. Azərbaycanın dağıdıcı müxalifəti də torpaqlarımızın azadlığına qovuşmasından heç də məmnun deyil. Çünki maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrin tələbi və göstərişləri bundan ibarətdir. Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri satılmağa öyrəncəli olduqlarından, Azərbaycan xalqının yanında deyil, erməni lobbisinin istək və tələblərinin icraçısı rolunda çıxış etməyə üstünlük verirlər. Azərbaycan xalqı bu üzüdönüklərin əməllərinə bələd olduqlarından onları qınayır və haqlarında hüquqi tədbirlərin görülməsini arzu edirlər. Əminliklə demək olar ki, gec-tez xalqın tələbi yerinə yetiriləcək və hüquq-mühafizə orqanları milli maraqlarımıza qarşı çıxan dağıdıcı müxalif funksionerlərin cəzalandırılması üçün hərəkətə keçəcəklər.
İ.ƏLİYEV