PDF Oxu

Siyasət

  • 3 882

Media nümayəndələri Çində Sincan İncəsənət İnstitutunda olublar

Media nümayəndələri Çində Sincan İncəsənət İnstitutunda olublar

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çin səfəri davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.KİV nümayəndələri ilk olaraq Çinin Urumçi şəhərinə gəliblər və burada Urumçi Planlaşdırma Muzeyini ziyarət ediblər. Daha sonra onlar "Terrorla mübarizə və radikalizmlə mübarizə" mövzusunda sərgilərə tamaşa ediblər.Media nümayəndələri Çində Sincan İncəsənət İnstitutunda da olublar. Çinin mədəniyyəti ilə yaxından tanış olan qonaqlar, həmçinin onların muğamı haqqında da ətraflı məlumata malik olublar. Sonra Azərbaycan nümayəndə heyəti adından qarşı tərəfə ölkəmizin incənətindən, mədəniyyətindən bəhs edən kitab ("Kəlam və kirs", "İrs" jurnalı və s.) təqdim olunub. Ziyarətin sonunda Sincan İncəsənət xadimləri müxtəlif çalğı alətlərində öz milli musiqilərini ifa ediblər.Azərbaycan nümayəndə heyəti sonra GAC (Guangzhou Automobile Group) Group-un Sincan filialını, eləcə də Asia Innovative Energy Co. Ltd-ni ziyarət edəcəklər.Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Digər xəbərlər