Azərbaycan xalqı 1991-ci ildə Dövlət Müstəqilliyini bərpa etdikdən sonra ötən otuz iki il ərzində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər hər birimizi sevindirir. Müstəqilliyin ilk illərində səriştəsiz, naşı adamların hakimyyətdə buraxdıqları yanlışlıqlar ölkəni çətin duruma sürükləsə də, xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gələn xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev zərgər dəqiqliyi ilə müəəyənləşdirdiyi siyasi kurs xalqımızı nəinki çətin durumdan xilas etdi, həm də regionun lider dövləti və dünyada azadlığa layiq bir xalq olduğumuzu sübut etmiş oldu. Ulu Öndərin işləyib hazırladığı və möhtəşəm özülünü yaratdığı Müstəqil Azərbaycan, əbədiyaşar liderin mənəvi və siyasi varisi, xalqımızın qalib sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində bizi qələbədən qələbəyə apardı, bütün sahələrdə yeni-yeni uğurlar qazanmağımıza səbəb oldu. 44 günlük möhtəşəm Vətən Müharibəsində və ondan sonra əldə edilən tarixi qələbələr, sonda Xankədinə Azərbaycanın Dövlət Bayrağının sancılması hər bir azərbaycanlı kimi təhsil işçilərinin də qəlbini riqqətə gətirmiş və öz işimizlə bu tarixi qələbəyə töhvə verməyə sövq etmişdir.
Azərbaycan Rerpublikasının prezidenti, cənab İlham Əliyevin dediyi kimi, xalqımıza bu möhtəşəm qələbəni bəxş edən Milli Ordumuzun yenilməz əsgərləri, məhz son iyirmi ildə yetişmiş nəslin nümayəndələridir. Bu isə o deməkdir ki, dövlətin gənclər siyasəti qüsursuz olmuşdur. Sözün həqiqi mənasında Vətənini, Dövlətini canından artıq sevən bu gənclər məhz Azad və Müstəqil Azərbaycan məktəblərində təhsil alan gənclərdir ki, bu da təhsilimizin keyfiyyəti haqqında xoş sözlər deməyə sövq verir. Bu baxımdan, mövcud vəziyyət Azərbaycanda təhsilin keyfiyyətinin aşağı olması haqqında səslənən bəzi dedi-qodu xarakterli fikirləri tamamilə alt-üst edir və gələcəyimizə nikbin baxmağa tam əsas verir. Ancaq bununla belə demək olmaz ki, təhsilimiz tamamilə qüsursuzdur və hər şey idealdır. Ölkəmizdə gedən əzəmətli yeniliklər müqabilində bu inkişafla ayaqlaşmağı prioritet hesab edən təhsil işçiləri nə qədər çalışsa da, yenə qusurlar qaçlmazdır və ən yaxşısı bu qüsurları görməzdən gəlmək deyil, onu görmək,mənbəyini tapmaq və aradan qaldırmağa çalışmaqdan ibarət olmalıdır.
Ancaq unutmaq olmaz ki, təhsi cəmiyyətin elə bir sahəsidir ki, orda məktəbdən, pedaqoji kollektivdən başqa həm də cəmiyyətin bütün təbəqələri bu və digər formada iştrak edir. Dünyagörüşündən, peşəsindən, siyasi və ictimai mövqeyindən, maddi durumundan asılı olmayaraq hər bir vətəndaş, hər bir fərd təhsil prosesinin iştirakçısıdır və bu iştrakçılığl ləyaqətlə yerinə yetirmək hər kəsin Vətən və Dövlət qarşısında müqəddəs borcu kimi qəbul edilməlidir. Çünki yetişən nəsil həm hər bir ailənin, həm ölkəmizin, həm də ümumən bəşəriyyətin gələcəyi deməkdir. Bu baxımdan yeni nəslin necə yetişməsindən həm hər bir ailənin, həm ölkəmizin, həm də dünyanın gələcəyi asılıdır desək, yanılmarıq. Təəssüf ki, bəzən bu müqəddəs borcu unudanlar, bu mühüm sahəyə laqeyd münasibət bəsləyənlər, bəzi hallarda isə fərqinə belə varmadan gənc nəslin təlim-tərbiyəsinə ciddi zərbələr vuranlar olur ki, bunun da ən böyük ağrısını məktəblər, pedaqoji kollektivlər çəkməyə məcbur olurlar. Bu sıradan ən vacib hesab edilən məsələrdən biri və bəlkə də birincisi məktəb və valideyn münasibətləri ilə bağlıdır. Həyatının qırx ilini pedaqoji fəaliyyətlə məşğul olan, minlərlə gənc nəslin yetişməsində əmək sərf edən bir təhsil işçisi kimi, qətiyyətlə deyə bilərəm ki, bu gün məktəblərdə yaranan problemların mütləq əksəriyyəti məhz valideynlərlə, onların təhsil sahəsinə laqeydliyi və ya anti-pedaqoji müdaxiləsi ilə bağlıdır. Hesab edirəm ki, bu gün təhsildəki problemlər haqqında danışarkən təhsildə mühüm əhəmiyyətə malik olan bu sahəni daim diqqət mərkəzində saxlamaq gərəkdir.
Müəllimin cəmiyyətdəki nüfuzu gənc nəslin yetişməsində pedaqoji və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bəzən valideynlər müəllimin nüfuzunun təlim-tərbiyə sektorundakı rolunu nəzərə almadan, onun haqqında uşaqlarına xoşagəlməz ifadələr işlədirsə, dolayısı ilə o öz övladının təlim-tərbiyəsinə ciddi zərər vurduğunu anlamalıdır. Axı müəllim də inşandı, ola bilər ki, müəllim də hansısa məqamda səhv etdmiş olsun. Lakin bu məqamda valideyn övladının yanında həmin müəllimlə bağlı xoşagəlməz ifadələrdən istifadə edirsə, hələ şüuru tam yetkinləşməmiş həmin uşaqda müəllimə inamsızlıq yaranır və nəticə etibarilə uşaq həmin müəllimin tapşırıqlarını yerinə yetirməkdən bu və digər formada imtina edir. Bu isə şagirdin gələcəyi üçün ciddi qüsurlara gətirib çıxarır.Təbii ki, pedaqoji işçinin hansısa bir qüsurunu görüb, onu görməzdən gəlməyin də tərəfdarı deyilik. Hər bir valideyn müəllimin qüsuru kimi qəbul etdiyi hər hansı bir hərəkəti müəllimin özü və ya məktəbin rəhbərliyi ilə birgə müzakirə edə biılər və haqlı olduğu təqdirdə bu qüsurların aradan qaldırılmasında məktəbə yardım etmiş olar.Lakin bunu həmin müəllimin şagirdi olan övladının yanında etməməli və bu barədə övladına bildirməməlidir. Son nəticədə müəllimdə, əgər həqiqətən onun hansısa qüsurlu hərəkəti olubsa, onu aradan qaldlırar, eyni zamanda şagird-müəllim arasında münasibət qorunub-saxlanmış olar.
Təcrübəli bir pedaqoq kimi bütün fəaliyyətim dövründə qarşılaşdığım bu cür problemlərdən nəticə çıxararaq demək istəyirəm ki, bu elementar məqamı gözləyən valideynlərin övladları cəmiyyətə daha layiqli vətəndaşlar kimi böyüyürlər, nəinki, yerli-yersiz övladını guya çox sevirmiş kimi, məktəblə, müəllimlə problemlər yaradan valideynlərin övladları.Ümumiyyətlə, bu gün təhsilimizin keyfiyyətinin daha da artırılması, gələcəyimiz olan gənclərin daha savadlı, daha vətənpərvər, daha layiqli böyümələri üçün məktəblərlə valideynlər arasında münasibətlərin qurulmasına xüsusi önəm verilməli, təlim-tərbiyə işində hər iki tərəf məsuliyyətini anlamalı və birlikdə fəaliyyət göstərməlidirlər.
Elmira Novruzova
Xətai rayonu 265 saylı tam orta məktəbin müəllimi