PDF Oxu

Siyasət

  • 1 893

“ABŞ və Böyük Britaniya Livanın Fransanın təsiri altında olmasında maraqlı deyillər” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ və Böyük Britaniya Livanın Fransanın təsiri altında olmasında maraqlı deyillər” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Fransa prezidenti Makronun İsrailə səfəri təbii ki, Fransanın Yaxın Şərq siyasətindən geri çəkilmədiyini və bu regionda öz geosiyasi mövqeyinin güclənməsinin çalışdığının bariz nümunəsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Livan Fransanın siyasi təsiri altındadır, İsrail ilə də Livan arasında düşmənçilik hətta müharibə riski var: “Düşünürəm ki, Fransa prezidentinin İsrailə səfəri analoji Qərb liderlərinin səfərinin davamı kimi İsrailə dəstəyi kimi də xarakterizə etmək olar. Amma Fransa Livanın İsrail tərəfindən cəzalandırılmasının əleyhinədir. Burada Fransa görünür Livanla İsrail arasında vasitəçi olmağa çalışır və İsraili mümkün Livana qarşı hərbi əməliyyatlar reallaşdırmasının əleyhinədir. Əlbəttə ki, ABŞ və Böyük Britaniya Livanın Fransanın təsiri altında olmasında maraqlı deyillər. Görünür, Fransa prezidentinin bu səfərində bu kimi məsələlər Livan-İsrail əlaqələri müzakirə olunacaq. Amma Fransanın İsrailə də hərbi dəstəyi qəti şəkildə gözlənilmir. Ümumiyyətlə, İsrailin də Fransanın hər hansı bir siyasi dəstəyinə də ehtiyac yoxdur. Sadəcə olaraq, Fransa prezidenti yaxın Şərqdə Livanda öz təsirini qoruyub saxlamaq və Livanın İsrail tərəfindən hücumundan müdafiə etmək üçün bu səfəri reallaşdırıb”.

Digər xəbərlər