PDF Oxu

Siyasət

  • 2 002

Fars-molla rejiminin islama heç bir aidiyyatı yoxdur TƏHLİL

Fars-molla rejiminin islama heç bir aidiyyatı yoxdur TƏHLİL

Tarixi faktlara istinadən demək olar ki, fars-molla rejimi bütün dövrlərdə ermənilərə hərbi-siyasi dəstəyini nümayiş etdirib. Xüsusilə də, Azərbaycanına qarşı siyasətinin həyata keçirilməsində fars-molla rejimi və erməni terrorçuları eyni mövqedən çıxış ediblər. Məhz bu kimi birliyin nəticəsi olaraq Azərbaycanın dilbər guşələri işğal edilərək viran olunub. Talançılıqda və məhvetmə siyasətində də bu iki terror dövləti birgə iştirak ediblər. Xatırlatmaq lazımdır ki, Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni, fars-molla rejimi Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın yüksək dövlət rəsmilərinin olduğu vertolyotun vurulmasında da fars-molla rejiminin əli vardı. Sübut olunub ki, bu hadisəni törədən 17 nəfərdən biri əmmaməli mollaların əməkdaşı olub. Həmin terror aktını törədən şəxslər fars-molla rejiminin nəzarət etdikləri torpaqlara maneəsiz keçib. 30 illik işğal dövründə də mollalar rejimi işğalçı Ermənistanı bu və ya digər formada dəstəkləyir. Hər gün ermənilər heç bir viza, şərt tələb olunmadan Xudafərin körpüsü vasitəsi ilə İrana gedib gəlirdilər. Bu, həm də onu göstərir ki, fars-molla rejimi burada Rusiyanın maraqlarını təmsil edirdi. O zaman sərhəd olmadığından fars-molla rejimi Ermənistana silah-sursat göndərirdi. Narkotikanın əkilib becərilməsi və onun Asiya və Avropaya daşınmasında da işğal edilən torpaqlar əsas gəlirli sahə hesab edilirdi. Yada salmaq lazımdır ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Xocavənd, Ağdərə və Xocalı istiqamətində yüzlərlə hektar sahələrdə narkotik sahələri aşkarlanmışdır. Şübhəsiz ki, həmin narkotika fars-molla rejimi və Ermənistanın xunta rejimi birgə əkib-becərmişlər.

Fars-molla rejiminin islama heç bir aidiyyatı yoxdur

Fars-molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneyidir. Xomeneyidən qalma ideologiyaya görə, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Amma fars-molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Fars-molla rejiminin bütün prezidentləri, hökumət rəhbərləri, din xadimləri özlərini Xomeneyinin davamçıları hesab edirlər. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozublar. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Yəməndə, Misirdə, Tunisdə inqilablar baş verəndə fars-molla rejimi rəhbərliyi elan etdi ki, bu xomeneyizm ideologiyasına əsasən, fars-molla rejimi inqilabının ixracının təntənəsidir. Fars-molla rejimi Suriyaya qarşı münasibətdə isə əks-mövqe sərgilədi. Halbuki oxşar ssenari, oxşar proseslərdir. Deməli, lazım gələndə, siyasətdə xomeneyist də olmaq olar, başqa halda isə xomeneyzim ideologiyasının əleyhinə siyasət də yürütmək də olar. İranın ali dini rəhbərliyinin apardığı bu yanlış siyasət regionda vəziyyəti gərginləşdirməklə yanaşı, islam dünyasında da parçalanma yaradır. Bu nöqteyi-nəzərdən o qənaətə gəlmək olar ki, əgər yaxın qonşu müsəlman dövləti olan fars-molla rejimi ikili siyasət yeridirsə, o zaman Azərbaycandan uzaq olan ərəb dövlətlərindən Ermənistana qarşı sərt mövqe sərgiləyəcəklərini gözləmək olarmı? Burada Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq münasibətlər sistemində söz sahibi olması da ölkəmizə qarşı qısqanclıq hissinin yaranmasına səbəb olur. Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Bir çox müsəlman ölkələrində hakimiyyət ilə xalq arasında dərin uçurum yaranıb. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik mövcuddur. Xüsusilə də, 44 günlük Vətən müharibəsində Azərbaycanın 30 il işğal altında olmuş torpaqlarını erməni terrorçularından təmizləyib, ərazi bütövlüyünü və suverenliyini təmin etməsi fars-molla rejimini ciddi şəkildə narahat edib. Bu baxımdan, dəfələrlə yersiz sərhəd təxribatları törədir, mollalar ardıcıl olaraq Azərbaycana qarşı separatçılara xas təxribatçı açıqlamalar verirlər. Cari ilin yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu təşkil etməklə bir nəfər mühafizəçini qətlə yetirmiş, iki nəfəri isə yaralamışlar. Bu kimi faktlar onu deməyə əsas verir ki, fars-molla rejimi Azərbaycana qarşı terror siyasətini gündəmdə saxlayır. Sabah daha faciəli və qanlı terror aktları törədə bilərlər. Ona görə də, Azərbaycan vətəndaşları daim ayıq-sayıq olmalıdırlar.

Niyə Cənubi Azərbaycanı dövlət olaraq tanıda bilmirik?

Bəzi xalqlar, xüsusilə də dünyanın müxtəlif bölgələrindən Cənubi Qafqaza köçürülən ermənilər mənasız xülyalarla yaşayırlar. Müəyyən hallarda “böyük Ermənistan” yaratmağa səylər göstərirlər. Niyyətlərini və məqsədlərini reallaşdırmaq üçün dünyanın bəzi güclərindən hərbi-siyasi, maliyyə dəstəyi almaqla regionda terror aktları törədirlər. Sual olunur, niyə biz haqqımız olanlara can atmırıq? Nədən biz dili-dini bir olan Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla birləşməyə səylər göstərmirik? Söz yox ki, fars-molla rejiminin əmmaməli mollaları bu birləşməni arzu etmirlər. Nədəndir ki, ermənilər bu birləşmədən sonra ayaqlar altında qala biləcəklərindən qorxmuşlar. Məhz buna görə də 1943-cü ildə tarixi şəraitə əsasən ələ düşən fürsət- Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi baş tutmamışdır. Nəzərə almaq lazımdır ki, o zaman birləşmə ilə bağlı bütün məsələlər öz həllini tapmışdır. Təbrizi Azərbaycana birləşdirmək üçün İrana gedən Azərbaycan nümayəndə heyətinin tərkibində görkəmli alimlərimiz Əziz Əliyev və İmam Mustafayev də olmuşdur. Onların xatirələrində də bu məsələ qeyd olunub. Amma birləşmə planı erməni-rus maraqlarının üst-üstə düşməsi səbəbindən pozulmuşdur. Planın pozulmasında Mikoyanın böyük xidməti olur. Mikoyan hiyləgərliklə, uydurulmuş yalanları ilə Stalinin Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinə “yox” deməsinə inandıra bilmişdir. Erməni ideoloqu deyir ki, Cənubi Azərbaycan əraziləri ilə Şimali Azərbaycan birləşərsə, onda 30 milyonluq Azərbaycan dövləti formalaşacaq. Bununla da, Ermənistan ayaqlar altında qalacaq. Yəni, ermənilərin maraqları imkan vermirdi ki, cənubdakı torpaqlarımızla Şimali Azərbaycan torpaqları birləşsin. Baxmayaraq ki, Cənubi Azərbaycanda hərəkat oldu və demokratik dövlət quruldu. Sonda Pişəvəri hərəkatının nümayəndələri Azərbaycana gəldi və onlar burada öldürüldülər. Bundan sonra ABŞ-ın təzyiqi və ermənilərin hiyləgər planı hesabına sovet qoşunları İrandan çıxarıldı. Hətta ABŞ prezidenti Trumen 21 mart 1946-cı il tarixində SSRİ-yə ultimatum verərək, Stalindən sovet hərbi qüvvələrinin İrandan çıxanlmasını tələb etmişdir. Sovetlər dönəmində də aradabir azğınlıq edən ermənilər Dağlıq Qarabağa uğursuz iddialar da ediblər. 1945-ci ilin payızında Ermənistan KP MK-nın katibi A.Arutyunov ÜİK(b)P MK-nın müzakirəsinə Dağlıq Qarabağ Vilayətinin Ermənistana verilməsi barədə təklif-layihə təqdim edir. Təklifdə xüsusi vurğu ilə bildirir ki, Dağlıq Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. Bu zaman ÜİK(b)P katibliyi Azərbaycan KP MK katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət edir. A.Arutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə: Azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın. Bu tutarlı tələb qarşısında aciz qalan ermənilər iddialarından geri çəkilir. Bir məsələni də vurğulayaq ki, Qarabağ məsələsinin 1988-ci ildə gündəmə gəlməsi daha çox SSRİ-nin dağılmasına xidmət edən bir layihə idi. Bu layihənin əsas məqsədi SSRİ-ni dağıtmaq üçün separatçılıq mövqeyindən istifadə etdilər. Burada xristian sevgisi də var. Fars-molla rejimi Fransanın Azərbaycana qarşı sərgilədikləri mövqe də eynidir. Bu siyasi qurbanın ilkin ssenarisi ABŞ-da hazırlanmışdırsa, sonrakı davam ssenarisi Moskvada həyata keçirildi. Bu günə qədər də həmin ssenarinin əks istiqamətdə aparılmaması üçün adlarını çəkdiyimiz dövlətlər icazə vermir. Lakin Azərbaycan bütün planları alt-üst etdi. 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən Müharibəsi ilə torpaqlarını işğaldan azad etdi. Bununla da, Ermənistana və məkrli planlar quranlara sarsıdıcı zərbələr vurdu. Əminliklə demək olar ki, gün gələcək Təbriz, Tehran, Xoy, Ərdəbil və digər tarixi Azərbaycan torpaqları da fars-molla rejiminin zülmündən azad olunaraq azadlığına qovuşacaq.

İ.ƏLİYEV

Digər xəbərlər