“Bütün müharibələrin başlanmasının səbəbkarı aparıcı dövlət və qüvvələrdir. Bunlar silah satışı ilə məşğul olanlar, maliyyə dairələri və siyasi qruplaşmalardır. İsrail Həmas müharibəsində də müəyyən oyunçular var. Bu oyunçuların müharibədə rolu müəyyən qədər böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıxov deyib.Onun sözlərinə görə, artıq İsrail Həmas müharibəsinə bir neçə dövlət də qoşulub: “Co Bayden gəlir İsrailə. Həması da müdafiə edən digər aparıcı ölkələrdir. Digər tərəfdən İsrailə ən yüksək texnologiyalara malik silahlar Amerika tərəfindən verilir. Bütün bunlar onu göstərir ki, bu qüvvələr müharibənin gedişatında maraqlıdır”.Fikrət Sadıxov sözlərinə belə davam edib: “Amma burada başqa bir reallıq da var. Belə ki, müharibəyə digər Avropa ölkələri də qoşulur. Eyni zamanda İran da çox istərdi ki, münaqişədə öz sözünü desin. İran Həmasın tərəfindədir. Bu özü-özlüyündə böyük bir münaqişəyə gətirib çıxara bilər. Bu qüvvələr təkcə öz şəxsi maraqlarına yox, ümumdünya maraqlarına diqqət etsinlər. Çünki bu münaqişə alovlansa bir çox regionları əhatə edər. Bu da məsələnin gərgin bir fazaya çatmasına səbəb ola bilər”.
Ayşən Vəli