PDF Oxu

Siyasət

  • 1 585

Faşizmi dirçəldən Makronun qərəzli mövqeyi başa çatmaq bilmir

Faşizmi dirçəldən Makronun qərəzli mövqeyi başa çatmaq bilmir

Qarabağda 44 günlük müharibədən 3 il ötsə də, faşizmi dirçəldən Makronun qərəzli mövqeyi başa çatmaq bilmir. Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. O zaman Parisin Dağlıq Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxan və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır? Ən əsası isə. Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər və Ermənistana pozuculuq fəaliyyətində dəstək olub. Çünki bütün dünyaya məlumdur ki, kim təcavüzkar, kim təcavüzə məruz qalan ölkədir. Bu isə Cənubi Qafqazda revanşizmi gücləndirmək və sülhə qarşı təxribat deməkdir.

«Bizə Fransa kimi vasitəçilər lazım deyil»

Bu fikri Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbulu zamanı bildirib və vurğulayıb ki, indi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır: «Mən bu yaxınlarda demişəm ki, əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik».

Prezident İlham Əliyev onu da vurğulayıb ki, Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır: «Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir».

Dəyişməyən xislət, yoxsa saxta populizm?

Qeyd edim ki, Fransa prezidenti Emmanuel Makronun ikiüzlüyünü təsdiq edən çoxlu faktlar var, amma deyəcəyim bir faktı xatırlatmaqla Fransa prezidentinin kim olduğunu açıq-aydın daha aydın görürük: 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən Emmanuel Makron özünün “Twitter” səhifəsində Ermənistana dəstək olacağını qeyd edib: «Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram" - yazıb. Ancaq onun səhəri günü isə Makronun vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tutub. Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib. Qeyd edək ki, hətta o, Azərbaycan dilində status yazıb: «Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.

Bu yerdə qalırsan nə deyəsən. Göründüyü kimi, bir-birindən absurd olan fikirlər və yaxud Makronun absurd bəyanatları. «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir və tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar”, - deyən Makron bildirib ki, «mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm».

Göründüyü kimi, yenə də bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur.

Bəli, bu Makronun sifəti, xislətidir. Belə ki, bu sifətin xisləti olduğunu Makronun prezidentliyi dövründə Azərbaycana səfər etmədiyində gördük. Ancaq müharibədən aylar sonra müşavirləri Makrona anlatdılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Və bu gün də Makron öz ikiüzlü sifətini və xislətini nümayiş etdirməkdədir.

Ancaq Makron və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderləri anlamırlar ki, nə qədər yarıtmaz mövqe nümayiş etdirsələr də, Azərbaycanı haqq işindən heç bir təzyiq döndərə bilməz və bir daha əmin ola bilərlər ki, Qalib Liderimiz, Prezident İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə qələbəmizə nail oldu, düşməni torpaqlarımızdan iti qovan kimi qovduq və bu gün də «Dəmir Yumruq» yerindədir!!!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Digər xəbərlər