Azərbaycanın dünya miqyasında yeri və rolu möhkəmləndikcə daxili və xarici maraqlı qüvvələrin məkrli şər və böhtanları geniş və əhatəli xarakter daşıyır. Dağıdıcı müxalif partiya funksionerləri müxtəlif təxribat, qarayaxma üsulları ilə xalqı çaşdırmağa çalışırlar. Hətta 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə erməni maraqları prizmasından yanaşma nümayiş etdirməklə erməni lobbisi ilə həmfikir olduqlarını nümayiş etdirirlər. Şər və böhtan vasitəsindən geninə-boluna yararlanmağa çalışan bu ünsürlər bəzən qazilərimizin gözdən qaçan, həlli uzanan məişət problemlərini qabardaraq ondan öz məqsədləri üçün istifadə etməkdən də çəkinmirlər. Ancaq əminliklə söyləmək olar ki, müxalif məxluqların tutduqları bu əməlləri fiaskoya uğrayacaq. Onlar yenə də gülünc vəziyyətlə üzləşməli olacaqlar. Xalq-iqtidar birliyinin möhkəm əsaslara malik olması onların arzularını, məkrli planlarını alt-üst edəcək.
Tofiq Yaqublu təxribatçı çağırışlar edir
Azərbaycan demokratik, hüquqi dövlətdir. Qəbul edilən qanunlar, həyata keçən qərarlar yalnız və yalnız demokratik prinsiplərə söykənir. Kimsə deyə bilməz ki, filankəs qanunsuz olaraq həbs edilib və yaxud təzyiqlərə, təhdidlərə məruz qalıb. Dağıdıcı müxalifət isə ölkəmizdəki mövcud duruma zidd fəaliyyət yolu tutur, hər məqamda şər və böhtanlar səsləndirməklə cəmiyyətdə müəyyən çaşqınlıq yaratmağa çalışır. Boşboğazlığı ilə seçilən və tanınan Milli Şuranın üzvü Tofiq Yaqublu iddia edir ki, ADR sədri Qubad İbadoğlu qanunsuz olaraq həbs edilib. Hətta T.Yaqublu bir qədər də dərinə gedərək məram və məqsədlərini anlamayan insanları aksiyalara dəvət edir, piketlər keçirməklə şəhərdə gərginlik yaratmağa çağırır: “ADR İdarə Heyəti təşkilatın sədri, professor Qubad İbadoğlunun qanunsuz həbsinə etiraz və azad edilməsi məqsədilə 31 oktyabrda DİN, 3 noyabrda isə respublikanın Baş Prokurorluğu qarşısında etiraz piketi keçirməklə bağlı qərar qəbul edib. Məsələ ilə bağlı bu gün BŞİH-nə müvafiq məktubla müraciət edilib. Qubad İbadoğluna, Hüseyn Məlikə və digər siyasi məhbuslara azadlıq tələb edirik”.
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan hüquqi dövlətdir, heç bir halda heç kim, o cümlədən Q.İbadoğlu qanunsuz olaraq istintaqa cəlb edilə bilməz, necə ki, edilmir. Artıq istintaq orqanları Q.İbadoğlunun cinayətini sübuta yetirib. Mətbuat üçün açıqlamada bu məsələyə geniş izahat verilib. Bu baxımdan T.Yaqublunun hay-küyü, sadəcə, mənasız boşboğazlıqdan başqa bir deyil. İnsanları aksiyalara çağırması isə T.Yaqublunun təxribatçı əməllərinin bir hissəsidir. Hesab edirəm ki, məhz bunu əsas götürməklə hüquq-mühafizə orqanları T.Yaqubluya qarşı hüquqi tədbirlər görməlidir.
Dağıdıcı müxalifətin xəyanəti uzun müddət davam etməyəcək
Mütəmadi olaraq AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Sevinc Osmanqızı, Şura üzvü Tofiq Yaqublu və digərləri Azərbaycan xaqına və hakimiyyətinə qarşı xaricdən verilən tezislər əsasında əssasız ittihamlar səsləndirirlər. Dəfələrlə sual ünvanlanıb və bu gün də eyni sualı ünvanlayıram, xalqın inam və etimad yeri olan Azərbaycan hakimiyyətini şərləməklə nəyə nail olacağınızı düşünürsünüz? Dərk etmirsiniz ki, xalq Azərbaycan hakimiyyətinin düşünülmüş, uğurlu addımını görür və birmənalı şəkildə daxili və xarici siyasətini dəstəkləyir? Bütün hallarda erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdlərinə nail ola bilməyəcəksiniz. Əminliklə demək olar ki, günün birində satqın və xəyanətkar əməllərinizə görə cavab verəcəksiniz. Çünki dövlətçiliyə qarşı xəyanət əməlləriniz uzun müddət davam edə bilməz.
Əli Kərimlinin əsas məqsədi xarici yardımlar əldə etməkdir
Görünən ondan ibarətdir ki, müxalifətin dağıdıcı qanadının təmsilçiləri əsas fəaiyyətləri maddi durumlarını yaxşılaşdırmaqdır. Siyasətdə gərəksiz və lazımsız əşya kimi dəyərləndirildiklərini anlayırlar. Yəni, bunun fərqindədirlər. Bu baxımdan, bütün güclərini və imkanlarını qrantlar əldə etməyə səfərbər ediblər. Bununla bağlı çoxsaylı faktlar, sübutlar göstərmək olar. Təkcə bir faktı qeyd etmək lazımdır ki, AXCP sədri Ə.Kərimli Avropanın maraqlı dairələri tərəfindən qrantlar əldə etmiş və maliyyə vəsaitlərini Gürcüstan vasitəsi ilə Azərbaycan gətizdirmişdir. Qara işlərlə məşğul olan bir neçə şəxsin, o cümlədən, AXCP fəallarından ibarət olan dəstə üzvlərinin məhkəməsində AXCP-nin üzvü Vidadi Rüstəmli və partiyanın nəzarət-təftiş komissiyasının üzvü Təzəxan Mirələmli Heydər Əhmədovdan, Ceyhun Hüseynovdan, Rauf İsgəndərovdan, Elturan Rüstəmlidən və başqalarından müxtəlif vaxtlarda Rusiyadan göndərilmiş, ümumilikdə 87 min dollar pulu Əli Kərimlinin şəxsi tələbatlarının qarşılanması üçün ona vermişlər. Bir sözlə, Ə.Kərimlinin gördüyü və etdiyi hüquqa zidd fəaliyyətinin əsas xətti qrant qazanmaqdı. Lakin məhkəmə prosesində açıqlandığı kimi Ə.Kərimli ifşa edilir. Sadəcə, özü bataqlığın içində idi, sadəlövh insanları da özünə yoldaş etməklə onların həyatlarını alt-üst edir. Yəqin ki, bu cür siyasi fəaliyyət uzun çəkməyəcək. Bir gün Ə.Kərimli özü etdiyi pisliklərin cəzasını yaşamalı olacaq. Eləcə də, digər trollar da cəzadan kənarda qala bilməyəcəklər. Necə ki, xalqın maraqlarına qarşı çıxanlar indi təcridxanada oturub məhkəmələrin çıxaracağı qərarları gözləyirlər.
İ.ƏLİYEV