PDF Oxu

Siyasət

  • 2 014

Zəngin yeraltı sərvətlərə malik olan Qubadlı ŞƏRH

Zəngin yeraltı sərvətlərə malik olan Qubadlı ŞƏRH

Qubadlı şəhəri 1933-cü il 14 mart tarixində yaradılmışdır. 31.08.1993-cü il tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şəhər işğal edilərkən 1 şəhər və 93 kənddən ibarət idi. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Qubadlı şəhəri Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Şəhər qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın şəhəri, Xocavənd şəhər, şərqdən Cəbrayıl şəhəri, cənubdan isə Zəngilan şəhəri ilə həmsərhəddir. Qubadlıda işğaldan öncə 13160 hektar meşə sahəsi olub. Qubadlının ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı şəhərinin Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, həmçinin Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bütün bunlar keçən 28 il ərzində fitnəkar düşmən tərəfindən istismar edilmişdir. 2020-ci il sentyabrın 27 başlayan müharibə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şanlı Azərbaycan ordusu tarixdə qızıl səhifə açdı. İşğal altında olan şəhər və kəndlərimizi işğaldan azad etdi. 25 oktyabr 44 günlük müharibənin gedişi atında dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Ona görə ki, ermənilər bu şəhərdə güclü istehkamlar qurmuşdular. Qubadlı şəhərinin azad edilməsi üçün, ilk növbədə, yüksəkliklər ələ keçirilməli idi. Məhz buna görə də bu əməliyyat xüsusi peşəkarlıq tələb edirdi. Müzəffər Azərbaycan ordusu düşmənlə mübarizədə bu peşəkarlığı nümayiş etdirərək düşməni geri çəkilməyə məcbur etdi və Qubadlı işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 23 dekabr 2020-ci il tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Bir daha qeyd edək ki, 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri, Vətən müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər