25.10.2023-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz - rayonun Çalburun kənd sakini Mustafayev Elvin Qiyas oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıdı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu. Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!