PDF Oxu

Siyasət

  • 1 587

Sabunçuda YAP fəalları ilə görüş keçirilib FOTOLAR

Sabunçuda YAP fəalları ilə görüş keçirilib FOTOLAR

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Bakıxanov qəsəbəsi, F.Tağıyev küçəsi 1 ünvanında partiya fəalları ilə görüşüb.Araz Xudadanov dinamik inkişaf yolunda inamla addımlayan Azərbaycanın uğurlarından, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətdə böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının uğurlarımızda rolundan geniş bəhs edib. Qeyd olunub ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan bu partiyanın Sədri cənab İlham Əliyevə milyonların sevgisi və inamı şəksizdir. Bu inama əsas verən sözlə əməl birliyi, Azərbaycanın davamlı uğurlara imza atmasıdır. Hər bir Azərbaycan vətəndaşı, hər bir YAP üzvü tarixi Zəfərimizin qarşıya qoyduğu vəzifələrin uğurlu icrasına öz töhfəsini vermək üçün səylə çalışmalıdır.

Digər xəbərlər