PDF Oxu

Siyasət

  • 1 661

KİV nümayəndələri Çində nəşriyyat evində olublar

KİV nümayəndələri Çində nəşriyyat evində olublar

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri öz axarı ilə davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.Azərbaycan nümayəndə heyəti səfərin 4-cü günündə "Reader’s Digest Publishing Group" kompaniyasını ziyarət ediblər.Məlumat verilib ki, məkan həm nəşriyyat evidir, həm də yeni-yeni kitabların nəşri ilə məşğul olur. Bildirilib ki, müəssisənin 5 min işçisi vardır və oxucu muzeyi kimi də fəaliyyət göstərir.Səfər iştirakçılarının günün sonunadək "Gansu Daily Newspaper Group"da olub, media nümayəndələri ilə görüşü gözlənilir, həmçinin Sarı çay körpüsünü və ana abidəsini, Qansu əyalətinin Muzeyini ziyarət etmələri planlaşdırılır.Nümayəndə heyəti proqramın sonundaLancou İncəsənət və Elmlər Universitetində keçiriləcək konsertə tamaşa edəcəklər.Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Digər xəbərlər