PDF Oxu

Siyasət

  • 2 830

“Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir” - ƏLİ NAĞIYEV

“Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir” - ƏLİ NAĞIYEV

“Ölkə başçısı İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, hazırda Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı deyib.Əli Nağıyev sözlərinə belə davam edib: “Onu da qeyd edim ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönümündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir və bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, həmçinin qlobal kiberməkanda mövqeyimizin gücləndirilməsinə xidmət edir.Xüsusilə vurğulamaq istəyirəm ki, möhtərəm Prezident cənab İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnmişdir. Belə ki, Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə kimi irəliləmişdir. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqedir.İnanıram ki, Azərbaycanda ilk dəfə keçirilən bu tədbir kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya toplanması, fikir mübadiləsinin aparılması, özəl və dövlət sektoru, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında xüsusi əhəmiyyətə malik olacaq və bu yarışda qazanılan bilik və təcrübələr Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir.Fürsətdən istifadə edib, bir daha “Kiber müharibə” yarışının iştirakçılarına yaradılan şəraitdən və sağlam rəqabət mühitindən faydalı şəkildə yararlanmalarını arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Ayşən Vəli

Digər xəbərlər