PDF Oxu

Siyasət

  • 1 947

“Qisas” və “Qətiyyətli cavab” əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi

“Qisas” və “Qətiyyətli cavab” əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi

PREZİDENT İLHAM ƏLİYEV: “Heç kim bizimlə diktə və ultimatum dili ilə danışa bilməz”

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə - bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi.

NƏ VAXT, NƏYİ, NECƏ ETMƏK LAZIMDIR – BUNU BİZ BİLİRİK

Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycanı lokal antiterror tədbirlərinə başlamasına rəvac verdi. Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirlərini nə zamana dayandıracağımızla bağlı irəli sürülən şərtlərdən geniş bəhs etdi. Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalı, eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik.

Qarşı tərəfin qısa zamanda, bir gün ərzində irəli sürülən şərtlərdə razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Hətta necə aydır Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri sentyabrın 21-də Yevlaxda görüşə hazvr olduqlarını bildirdilər və görüşdülər. Bu görüşlər artıq silsilə xarater daşıyır. Dövət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əhalisi nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan dövləti və xalqı haqqında olmazın yalanları uydurub onların beyinlərinə doldurmuşdur. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Erməni xalqı ilə heç bir problemimiz, ədavətimiz yoxdur.

Qalib Liderimiz, Prezident İlham Əliyev müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlətimizin başçısı deyib: «Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır». Sözü imzası qədər dəyərli və keçərli olar Ali Baş Komandan, Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır – bunu özü bilir. Dövlət başçımız Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha özlüyündə yaranan “Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi” sualına cavab olaraq bildirib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır: «Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “Dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!"

Dövlət başçımız sözügedən müraciətdə onu da söylədi ki, İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk: «Hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".

Ali Baş Komandan xalqa müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən deyib ki, bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar.

Göründüyü kimi, sözü imzası qədər dəyərli, keçərli olan Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bir daha növbəti mesajını da ünvanladı ki, nə vaxt, nəyi, necə etmək lazımdır – bunu özü bilir: «Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu».

VƏ BUNU BİR DƏFƏLİK ANLAMAQ LAZIMDIR Kİ, BİZİM SÖZÜMÜZ İMZAMIZ QƏDƏR DƏYƏRLİDİR

"Bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə – Yevlax şəhərində görüşməyə hazırdırlar".Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.Dövlətimizin başçısı qeyd edib: “Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna Beləliklə, tarix də sübut edirik biz haqlı mübarizə aparırıq. Çünki dövlət başçımızın dediyi kimi: «Nəyi ediriksə, dəqiqliklə edirik. O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında!».

Və qeyd etdiklərimizin fonunda Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Qarabağda humanitar vəziyyətlə bağlı narahatlığın nə qədər səbəbsiz olduğu açıqlanır. Dövlət başçısının qeyd etdiyimiz çağırışlarıın hər biri Volker Türkün mülki şəxslərin təhlükəsizliyinin, erməni əhalinin haqlarının qorunmasının vacibliyi ilə bğalı ifadə etdiyi narahatlığa tutarlı cavabdır.

Göründüyü kimi, dünya yenə də ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilmədiyini qabarıq şəkildə nümayiş etdirir. Təkcə son zamanlar BMT səviyyəsində Ermənistanın bilavasitə təkidi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi dinləmələrdə Azərbaycanın mövqeyinə dəstəyə diqqət yetirmək kifayətdir. Bunları bilərəkdən BMT rəsmisinin yenidən erməni əhalisinin hüquqlarının qorunması məsələsindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə cəhd göstərməsi təəccüb doğurmaya bilməz.

Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki mövcud vəziyyət və etnik azlıqların hüquqlarının qorunması öhdəliyi barədə fikirlərinə dair şərhində bildirilir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub. Bu mühüm məqam da təəssüf hissi ilə qeyd edilir ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən antiterror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün kömək göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik. Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək.

Dövlət başçımızın söylədiyi kimi: «Bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər