PDF Oxu

Siyasət

  • 5 056

İkinci Qarabağ müharibəsi: 30 ilə bərabər 30 gün TƏHLİL

İkinci Qarabağ müharibəsi: 30 ilə bərabər 30 gün TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "25 oktyabr bizim tariximizdə əbədi Zəfər Günü kimi qeyd ediləcək"

2020-ci il 26 oktyabr Vətən müharibəsinin 3 ili, müharibənin başlanmasının 30-cu günüdür. Bu 30 gündə qazanılan qələbə 30 ilə uğura bərabərdir. Müharibənin 30-cu günü xalqa müraciət edən Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev bu 30 gündə 30 il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi bir ay ərzində geri qaytarmışıq. 30 günlük müharibə zamanı Ali Baş Komandanımız, ölkə Prezidentimiz İlham Əliyevin diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgərdərimizin şücaəti nəticəsində mənfur düşmən tapdağından 4 şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və qəsəbələri, 150-dən artıq kəndi, əhəmiyyətli strateji mövqeləri işğaldan azad edildi.Xalqa müraciətində Azərbaycan Prezidenti müharibənin 30-cu gününədək düşmənin məhv edilən texnikalarının sayını da açıqladı: "Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin dəyəri 2 mlrd-dan çox olan texnikası, 3 mindən çox calı qüvvəsi, 252 tankı məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb. 50 ədəd piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 ədəd müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 82 "Qrad" qurğusu, 2 "Uraqan", 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, 2 "S-125" zenit-raket, 6 "S-300" zenit-raket kompleksi, 1 aşkaretmə stansiyası, bir lokatr, 2 "Elbrus" əməliyyat-taktiki raket kompleksi, 1 "Toçka-U" raketi, 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb".

"ERMƏNİSTANI XİLAS ETMƏK İSTƏYİRSİNİZSƏ, DEYİN Kİ, ÇIXSIN TORPAĞIMIZDAN, DƏRHAL RƏDD OLSUN"

Azərbaycan Prezidenti müharibənin 30-cu günündə Qubadlının azad olunması ilə bağlı xalqa müraciətində bildirdi ki, bütün bu haqsızlıqlara rəğmən, artıq bir aydır ki, döyüş meydanında bizim tarixi ədaləti bərpa etdiyimizi və indi hər kəsin yeni reallıqla hesablaşması zərurətini vurğuladı. Hərbi əməliyyatların dayandırılmasına və yenidən sülh danışıqları masası arxasına əyləşməyə çağıranlara isə konkret cavab verdi: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun". Qeyd edək Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bu tarixi gündən keçən bir illiyində - oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Azərbaycan Prezidenti Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür: "Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək".

QÜRUR HİSSİ YAŞADIQ

Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Oktyabrın 25-i 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı şəhərində ermənilər güclü istehkamlar qurmuşdular. Rayonun bəzi kəndləri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq oktyabrın 23-də düşməndən təmizlənmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər Qubadlı şəhəri də işğaldan azad edildi. Bu zəfər xəbərini də xalqa Prezident İlham Əliyev çatdırdı. Uğurlu hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi düşməndən xilas edildi.

Bu gün isə, artıq mşğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işləri aparılır, dədə-baba yurdların qaçqın düşən soydaşlarımız yeniləşən və abadılaşan yurdlarına qayıdır, qürurla "Şəhər Gün"lərini qeyd edirlər. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır. Bəli, bu gün fəxrlə deyə bilərik ki, dövlət başçımız İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnət-məkana çevriləcək. Beləliklə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər