PDF Oxu

Siyasət

  • 1 761

Parisin İrəvana bacılıq sindromu: Cənubi Qafqazda "Afrika siyasəti"? - ANALİTİK

Parisin İrəvana bacılıq sindromu: Cənubi Qafqazda "Afrika siyasəti"? - ANALİTİK

"Kremlyovskaya praçka" teleqram kanalı: "Biz, Ermənistandakı Nikol Paşinyan rejimi kimi “müttəfiqlərlə” münasibətdə daim hazır olmağa məhkumuq”

Rusiyanın 300 minə yaxın izləyicisi olan nüfuzlu “Kremlyovskaya praçka” teleqram kanalı son vaxtlar Ermənistanda artan anti-Rusiya siyasəti, eləcə də Fransanın Ermənistan vasitəsi ilə regiona soxulma cəhdləri barədə analitik şərhlə çıxış edib. Xüsusilə, Fransanın Ermənistanı silahlandırması cəhdlərinin realizəsi fonunda Parisin bu dəfə Cənubi Qafqaz fonundakı "Afrika siyasəti" hədəfə alınıb. Ümumiyyətlə, neokoloniolizm faktorunun Fransa üçün hansı nəticələrə gətirib-çıxaracağını qeyd edən teleqram kanalı bu məsələdə Ermənistanın bütövlükdə məhvolma ssenarisini də istisna etməyib. Bütövlükdə isə Ermənistanın Rusiyaya qarşı xəyanətkar mövqeyi məqalənin əsas suburktinə çevrilib. Məhz bu baxımdan, məqalənin regionumuza həsr olunmasını nəzərə alaraq oradakı bir neçə diqqətçəkən məqamları diqqətinizə çatdırırıq.

Beləliklə, Fransanın Cənubi Qafqaza daxil olması üçün Ermənistan kartından yararlanması faktorlarına toxunan adıçəkilən kanalın yazdığına görə, Fransa məhz bu vasitə ilə Rusiyanın tarixi və strateji maraqları olan regionda əlavə gərginlik yaratmağa çalışır. SİTAT: “Ermənistan formal olaraq KTMT-ni sona qədər tərk etməyə imkan tapmamış özünə yeni himayədar tapıb, halbuki İrəvanı Rusiya ilə müttəfiqlikdən heç kim çıxarmayıb. Seçim aşkardır – Fransa”.

“Yaşlı qadınları sevən və gecə zəngləri aludəçisi olan Makron paşinyançı rejimə şəxsi simpatiyasını gizlətmir”

Qeyd olunur ki, Fransada spekulyasiya kapitalına malik ənənəvi erməni diasporu öz işini görür. SİTAT: “Yaşlı qadınları sevən və gecə zəngləri aludəçisi olan ölkənin hazırkı lideri Emmanuel Makron paşinyançı rejimə şəxsi simpatiyasını gizlətmir. Avropa İttifaqı hər halda Ermənistana, Azərbaycanla sərhədə yeni və daimi müşahidəçi missiyasını göndərdi... Amma Qərb kəşfiyyatının iştahaları hələ indi-indi artmağa başlayır. Psevdodemokratik strukturların nə olduğu da məlumdur. Onlar xüsusi xidmət orqanlarına davamlı informasiyalar ötürənlər, hətta təxribatçılardır...”

“Əvvəlki himayədarların, həm də xilaskarların (Rusiyanın) fikirləri Paşinyana maraqlı deyil”

Eyni zamanda, “Kremlovskaya praçka” iddia edir ki, hələlik, Ermənistandakı avropalı "analitiklərin" və mütəxəssis-kollaborasionistlərin sayları artmaqda davam edir və bu özəyin əsasını fransalılar təşkil edir. Ümumilikdə isə o da bildirilir ki, missiyanın rəsmi hədəfi “sərhədlərdəki gərginliyi azaltmaqdır”, ancaq əsl hədəf Cənubi Qafqazda möhkəmlənmək marağıdır. Teleqram kanalı bu kontekstdə yazır: “Bizim XİN (Rusiya) bağırmaqdan yoruldu ki, sərhəd münaqişələrinin qarşısını yalnız sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində almaq olar, Moskva tərəflərə bu məsələdə istənilən dəstəyi göstərməyə hazırdır. Ancaq əvvəlki himayədarların, həm də xilaskarların (Rusiyanın) fikirləri Paşinyana maraqlı deyil”.

“Missiyanı fransız diplomatlar idarə edir ki... "

Daha sonra qeyd olunur ki, əslində, Ermənistandakı monitorinq missiyasını Makronun bir müddət əvvəlki bəyanatından sonra ortaya atmışdılar. Makron isə həmin ərəfələrdə iddia edirdi ki, məhz Rusiya Cənubi Qafqazda destabillik yaradır. O da xatırladılır ki, hələ Praqada - Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Aİ sədrinin üçtərəfli görüşündə Paşinyanın təkidi ilə fransız prezidentini də dəvət etdilər və beləliklə, Aİ-nin müşahidəçi missiyası mövzusu ortaya atılmış oldu.

SİTAT: “Fransız diplomatiyasının başçısı Katrin Kolonna açıq, lakin apellyasiyasız şəkildə bəyan etdi ki, “missiya Azərbaycan-Ermənistan sərhədlərindəki eskalasiya riskini azaltdı. Missiyanı fransız diplomatlar idarə edir ki, onlar Nikol Paşinyanla bir-iki dəfə görüşmək imkanı əldə etmişdi. Həmin Paşinyanla ki, buna qədər KTMT-nin Ermənistanda keçirilməli olan təlimlərində iştirakdan rəsmən imtina etmişdi və eyni zamanda bildirmişdi ki, Rusiya sülhməramlıları müdafiəçi deyillər, təhlükə yaradandırlar. Hər şey Parisin Kiyev hakimiyyətinə fəal dəstəyi fonunda baş verir. Məhz fransızlar ukraynalılara ilk olaraq zirehli texnikalar göndərməyə başlamışdılar”.

"Hər halda Napoleonun həyatını necə başa vurduğunu da unutmamaq lazımdır”

Beləliklə, “Kremlyovskaya praçka” ona da işarə edir ki, əslində, Fransa bu kimi vasitələrlə və astaca Cənubi Qafqazda “ikinci cəbhə” açmağa cəhdlər göstərir: “Yeri gəlmişkən, birinci dəfə deyil. Napoleon da Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açaraq İranda möhkəmlənməyə cəhd edirdi. Həmin vaxtlarda fransızlar öz hərbi məsləhətçilərini axın-axın oraya göndərməklə Rusiya ilə müharibə aparmalarına nail olmuşdu. İndi isə Fransa xəyal edir ki, uzaqgörən olmayan, amma hakimiyyəti sevən Paşinyan vasitəsi ilə Gümrüdəki rus hərbi bazasını yığışdıracaq, yəni ölkəmizi ümumiyyətlə, Cənubi Qafqazdan çıxaracaq. Hər halda Napoleonun həyatını necə başa vurduğunu da unutmamaq lazımdır”.

Afət Tahirqızı

Digər xəbərlər