PDF Oxu

Siyasət

  • 1 898

Nurəddin Məmmədli sürüyə qoşulmaqdan imtina edir ANALİZ

Nurəddin Məmmədli sürüyə qoşulmaqdan imtina edir ANALİZ

El məsəlidir, “Utanmasan oynamağa nə var ki”. Haqlı və əsaslı məsəldir, məhz bu günümüz üçün deyilib. Daha doğrusu, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan funksionerlərin əndərəbadi paylaşımları, gülüş doğuran açıqlamaları qeyd olunan məsəllə uyğunluq təşkil edir. Ona görə ki, bu məxluqların özləri kifayət qədər qüsurlu və günahkar olduqları halda, başqalarını qınayırlar. AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, AXCP sədr müavinləri Fuad Qəhrəmanlı, Seymur Həzi, “Milli Şura”nın üzvü Tofiq Yaqublu elə şirin yalanlar uydurub, elə uydurulmuş böhtanlar səsləndirirlər ki, sanki bunlar aydan arı, sudan durudurlar.

Nurəddin Məmmədli sürüyə qoşulmadığını göstərməyə çalışır

Ə.Kərimli sosial şəbəkələrdə paylaşdığı statuslarında gah deyir ki, filan cəbhəçi qanunsuz olaraq həbs olunub, gah da iddia edir ki, Qarabağdakı rus sülhməramlılar Qarabağda problemlər yaradacaqlar. Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu və digərləri də eyni ilə Ə.Kərimli kimi cəfəng, əhəmiyyətsiz fikirlərlə çıxış edirlər. Onların eyni mövqedən çıxış edib, eyni tezisi səsləndirmələri anlaşılandır. Nədən ki, eyni mərkəzdən idarə olunurlar. Tezislər ümumi şəkildə təqdim olunur. Bu baxımdan, hamısı eyni fikri və mövqeyi ifadə edirlər. Deyək ki, Ə.Kərimli statusunda yazırsa ki, ADR sədri Qubad İbadoğlu haqsız yerə həbs olunub və filan-filan senatorlar, konqresmenlər onun müdafiəsinə qalxıblar, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu və digərləri də sözbəsöz həmin fikirləri yayımlayırlar. Onların arasında yalnız özünü bir neçə ölkənin professoru kimi təqdim edən AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlidir ki, sürüyə qoşulmadığını göstərməyə çalışır. Sadəcə, aradabir Ə.Kərimlinin mənasız statuslarını layk etməklə işini bitmiş hesab edir.

Nurəddin Məmmədli tənha gəzməyə üstünlük verir

Dağıdıcı müxalifət düşərgəsində fərqli düşünmək və mərkəzdən verilən tapşırıqdan kənar addımlar atmaq və fikirlər söyləmək yolverilməzdir. Bu cəsarət nümunəsini göstərməyə çalışanlar ən ağır cəzaya məhkum olunurlar. Xüsusilə də, həmin cəsarət nümunəsi göstərən şəxsin təmsil olunduğu partiyaya xaricdən verilən maliyyə vəsaitlərinin dayandırılması məsələsinə baxıla bilər. Ən yaxşı halda maliyyə vəsaitinin azaldılması baş verər. Sanksiya cızıqdan kənara çıxan şəxsin partiya sıralarından xaric edilməsinə qədər davam edər ki, bunu da heç bir partiya və ya şəxslər arzu etmir. Məhz AXCP funksionerləri Aydın Əliyev və Sahib Kərimli Əli Kərimlinin təqdim etdiyi tezisdən kənara çıxdıqlarına görə, partiya sıralarından xaric edilməklə cəzalandırıldılar. Ona görə də bu məsələdə düşərgə daxilində nizam-intizam qaydaları güclüdür. Hər kəs gözlərini dikib AXCP sədri Ə.Kərimliyə. O nə desə və ya sosial şəbəkələrdə yazsa, təkrarlayırlar. Qeyd etdiyimiz kimi, müstəqillik nümunəsini yalnız AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli göstərir. Onun da bir neçə səbəbi var. Birincisi, qocadır, 70 yaşını adlayıb. İkincisi, pul ayıran qüvvələr N.Məmmədlini bir o qədər də ciddi şəxs hesab etmirlər. Üçüncüsü, N.Məmmədli yeganə troldur ki, Ə.Kərimlinin himayəsi altındadır. Yəni, Ə.Kərimli bütün hallarda onu müdafiə edir. Necə ki, AXCP üzvləri N.Məmmədlinin yenidən Ali Məclisin sədri seçilməsinə qarşı çıxsalar da, Ə.Kərimli onu məclis sədri təyin etdi. Bununla da, N.Məmmədlinin toxunulmaz trol olduğunu göstərdi. Bu baxımdan, N.Məmmədli sosial şəbəkələrdə ağlına deyil ağzına gələnləri yazır və ya açıqlamalarında sərsəm fikrilərə yer ayırır. Misal üçün, N.Məmmədli sosial şəbəkədə “Dağıl, a dünya” adlı bir paylaşım edib. Paylaşımında dəxli olmayan fikirləri sayıqlayan bir neçə ölkənin ağır çəkili professoru daha sonra yazır: “Öz gözündə tiri görməyib başqalarının gözündə tük axtaranlar üçün: Milli Məclis Fransalı korsikalıların hüquq və azadlıqlarını qorumaq üçün mübarizə qrupu yaradıb”.

Açığı anlamaq olmur, bu məxluq nə demək istəyir? Bilmək də olmur korsikalıların hüquq və azadlıqlarını qorumaq üçün mübarizə qrupunun yaradılmasından narazıdır, yoxsa məmnundur? Narazıdırsa, başa salmaq lazımdır ki, Fransanın müstəmləkəsində olan bir xalqın azadlıq mübarizəsinə dəstək vermək niyə qəbahət olmalıdır ki? Sevinirsə ki, belə bir qrup yaradılır, nədən açıq mətnlə mövqeyini ifadə etmir? Bir sözlə, ziddiyyətli və tapmacadan ibarət status. Görünür, N.Məmmədli statusu yazarkən ağır depressiya vəziyyətində olub və bu baxımdan da, qarışıq fikirlərlə özü-özünü dolaşdırıb.

İ.ƏLİYEV

Digər xəbərlər