“Prezident Ilham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı qlobal prosesləri qabaqlayan ölkəyə çevirmişdir. Bu baxımdan qlobal iqlim dəyişikliklərlə mübarizədə Azərbaycan yaşıl enerjinin inkişaf etdirlməsi ilə bağlı könüllü öhdəlik götürmüşdür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkəmizin yaşıl enerji potensialı 200 Meqavata bərabər hesablanmışdır: “Artıq bu potensialdan səmərəli şəkildə istifadə edilməsinə başlanılmış və Azərbaycan bu sahədə regionun ilk qaranquşu olmuşdur. 26 oktyabrda açılışı olmuş 230 Meqavat gücündə olan Qaradağ günəş elektrik stansiyası ölkəmizin enerji potensialının artmasına töhfə verməklə yanaşı 200 min ton karbon emisiyasının atmosferə buraxılmasının da qarşısını alacaqdır. Birləşmiş Ərəb Əmirlikləri ilə dost və qardaşlıq münasibətlərimiz ölkəmizin yaşıl enerji sektoruna investisyalar yatımaqla daha da möhkəmlənir. Belə ki, Masdar şirkətinin investisiyası ilə ərsəyə gəlmiş günəş elektirk stansiyasının açılışından sonra daha üç stansiyanın investisyalaşdırılması ilə bağlı sazişlər imzalanmışdır”.Azər Badamov onu da bildirib ki, investorlar investisiya yatırmazdan əvvəl ilk növbədə o ölkənin iqtisadiyyatının və siyasi gündəliyinin sabitliyinə diqqət yetirir: “Azərbaycan siyasi sabitlik üzərində iqtisadi inkişafı təmin etmiş ölkədir. 1994-cü ildən bu günə qədər ölkəmizin iqtisadiyyatına 300 milyard dollar xarici investisiyaların yatırılması ölkəmizə olan inamdan irəli gəlmişdir. Azərbaycana investisiya yatırmış bütün investorlar yatıdığı investisiyalardan gəlirlər əldə etmişdir. Azərbaycan xarici partnyorlarla imzaladığı bütün müqavilələrə sadiqdir və zaman keçdikcə heç bir dəyişiklik etmir. Ona görə də xarici sərmayədarlar Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Halbuki bu gün dünyada sabitliyi qoruyub saxlaya bilən ölkələr çox azdır. İnvestisiyaların yatırılması üçün ən münasib yerlərdən biri də işğaldan azad olunmuş ərazilərdə. Artıq bu ərazilərin hidroelektrik potensialı yenidən dirçəldirilərək 500 Meqavata çatdırılacaqdır. O cümlədən külək və günəş enerji stansiyaların tikilməsinin həyata keçirilməsi işğaldan azad olunmuş ərazilərin yaşıl zona statusnu gücləndirəcəkdir. Azərbaycanın ixracı şaxələnir və ixrac etdiyimiz malların arasına yaşıl enerji də daxil olacaqdır. Bu, bir daha ölkəmizin iqtisadi gücünü artıracaq və həm də qlobal iqlim dəyikliyi ilə bağlı çağırışlara sadiq olduğumuzu təsdiq edəcəkdir”.
Müəllif: Gülyana