“9 noyabr tarixi xüsusilə bizim xalqımız üçün ona görə çox önəmlidir ki, biz iki əsr öz dövlət müstəqilliyimizdən məhrum edilmiş, işğal olunmuş və imperiyanın əsarəti altında olmuşuq. Ona görə də dövlətimiz və bayrağımıza bir həsrətimiz olub”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. Onun sözlərinə görə, 1991-ci il 18 oktyabrda konstitusiya aktı qəbul edib dövlət müstəqlliyini bərpa etdikdən sonra, ondan da əvvəl Milli Azadlıq Hərəkatında meydanda üçrəngli bayrağımızı bərpa etmişik: “Bunlar çox önəmli hislərdir. Həmin o hiss-duyğular və üçrəngli bayrağımızla torpaqlarımızı işğaldan azad etdik. Müzəffər Ordumuz və Ali Baş Komandanımız sayəsində bu gün belə uğurlara nail olduq.Bu gün şəhidlərimiz də bilavasitə bayrağa bükülüb torpağa tapşırılır. Bayraq çox müqəddəsdir. Biz 9 noyabra xüsusi önəm veririk. Bütün Dünya Azərbaycanlılarının qəlbində üçrəngli bir abidə var ki, bu da bizim bayrağımızdır. Eşq olsun, bayrağımıza. Qoy, bayrağımız hər zaman ən yüksək zirvədə olsun”.
Ayşən Vəli