PDF Oxu

Siyasət

  • 2 299

Zəfər Gününü şərtləndirən amillər NƏLƏR İDİ? - MÜNASİBƏT BİLDİRİLDİ

Zəfər Gününü şərtləndirən amillər NƏLƏR İDİ? - MÜNASİBƏT BİLDİRİLDİ

“Biz əslində, elə bir mühüm tarixin canlı şahidləriyik ki, bunun özü xoşbəxtlikdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.Elşad Məmmədli sözlərinə belə davam edib: “Təsəvvür edin, cəmi 3 il 2 ay öncə nəinki düşünə, təsəvvür edə bilmirdik ki, 2020-ci ilin noyabrında Şuşada, 2023-cü ilin oktyabrında Xankəndidə üçrəngli bayrağımız dalğalanacaq, suverenliyimiz tam bərpa olacaq, azı 100 illik problem kökündən həll ediləcək. Biz bu tarixin canlı izləyicisi olduq. Əlbəttə, bu Zəfəri, Qələbəni şərtləndirən nizamlı ardıcıllıq var. Cənab İlham Əliyev prezident seçildiyi gündən Qarabağ məsələsində birmənalı və qəti mövqe ortaya qoydu. Çox uzun danışmadan, aşağıdakı ardıcıllığı qeyd edə bilərik:

-Uğurlu xarici və daxili siyasət aparıldı;
-Ordumuzun qüdrəti maksimuma çatdırıldı;
- Vətənpərvərliyin yüksəldilməsi üçün daim çalışıldı;
- Daxili sabitlik möhkəmləndirildi;
- Ölkənin iqtisadi gücü artırıldı;
- Məsələnin danışıqlar yolu ilə həlli üçün Azərbaycan əlindən gələni etdi;
- Bütün dünyaya ən yüksək tribunalardan istifadə edərək, Azərbaycan həqiqətləri çatdırıldı;
- Dünyanın aparıcı gücləri ilə yüksək diplomatik bacarıqla iş aparıldı;
- Qardaş Türkiyənin dəstəyini hər an kürəyimizdə hiss etdik.

Bütün bu işlərin həyata keçirilməsi Prezident İlham Əliyevin siyasi ustalığı, əzmkarlığı, fədakarlığı sayəsində baş verdi. Nəticədə, bütün parametrlər üzrə işlər elə quruldu ki, 44 günlük müharibədə Zəfər çaldıq. Ondan sonrakı mərhələdə isə bu uğurlarımız davam etdi, separatçı rejimin məhvi, suverenliyimizin tam bərpası baş verdi. Əlbəttə, bu ali məqsədə gedin yolu cənab İlham Əliyev şəxsən özü müəyyən etdi, onun tam düzgün, ölçü-biçili “Yol xəritəsi” ilə bugünkü şərəfli tarixi yaşadıq”.

Ayşən Vəli

Digər xəbərlər