PDF Oxu

Siyasət

  • 1 527

Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi FOTOLAR

Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi FOTOLAR

Oktyabr ayının 28-də Biləsuvar şəhərində şəhid Qədirli İsmayıl Elçin oğlu və Nəsimi kəndində şəhid Yoldaşov Alim Mirzə oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin ruhuna dualar oxunmuş və valideynlərinə başsağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Qədirli İsmayıl Elçin oğlu 16 sentyabr 1998-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbində oxumuşdur. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, döyüşlərdə şücaət göstərib və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28 oktyabr 2020-ci ildə Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qədirli İsmayıl Elçin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Yoldaşov Alim Mirzə oğlu 10 mart 1997-ci ildə Biləsuvar rayonun Nəsimi kəndində anadan olmuşdur. 2003-2004-cü illərdə Nəsimi kənd tam orta məktəbində oxumuşdur. 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonun Nəsimi kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Yoldaşov Alim Mirzə oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər