PDF Oxu

Siyasət

  • 4 765

Şəhid Əkrəm Faiq oğlu Kəlbiyevin 40 mərasimi keçirilib FOTOLAR

Şəhid Əkrəm Faiq oğlu Kəlbiyevin 40 mərasimi keçirilib FOTOLAR

Noyabr ayının 1-də ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Biləsuvar rayonun Aşağı Cürəli kəndindən olan şəhid Kəlbiyev Əkrəm Faiq oğlunun 40 mərasimində xatirəsi ehtiramla anılıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideyni və yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideyninə başsağlığı verilmişdir. Mərasim iştirakçıları bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Digər xəbərlər