Məlumdur ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin rəhbərlərinin 10-cu sammiti keçiriləcək. Bəs, bu sammitin özəlliyi nədən ibarətdir? SİA mövzu ilə bağlı deputat Ceyhun Məmmədovun fikirlərini öyrənib.Ceyhun Məmmədov belə görüşlərin keçirilməsinin çox önəmli olduğunu bildirib: “Bu sammit bir çox aspektlərdə xüsusi əhəmiyyət daşıyır”.Deputat sözlərinə belə davam edib: “Azərbaycan uzun müddətdir bu prosesin uğurla həyata keçməsi üçün səylə çalışır. Düşünürəm ki, sammit bu proseslərə öz töhfəsini verəcək. Nəticədə dövlətlərarası münasibətlər daha da inkişaf edərək möhkəmlənəcək. Bu da ümumilikdə proseslərin özünə töhfə verəcək”.
Ayşən Vəli