PDF Oxu

Siyasət

  • 1 730

"Müdafiə və təhlükəsizlik sahəsini əhatə edən yeni çağırışlar yaranıb"

"Müdafiə və təhlükəsizlik sahəsini əhatə edən yeni çağırışlar yaranıb"

"Antiterror tədbirlərindən sonra ölkəmiz qarşısında yeni çağırışlar yaranıb. Bu çağırışlar müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Ziyafət Əsgərov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.Onun sözlərinə görə, müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların müvafiq texniki təminatının daha da yaxşılaşdırılması, azad olunan ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı vəsait gələn ilin dövlət büdcəsində nəzərə alınıb: "Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün gələn ilin büdcəsində 6,4 milyard manat vəsait ayrılacaq, bu da bu illə müqayisədə 366 milyon manat, yəni 6 % çoxdur".

Ayşən Vəli

Digər xəbərlər