Cəbhəçinin Əli Kərimlinin saxta yolla sədr seçilməsinə etiraz olaraq məhkəməyə müraciət etməsi AXCP-də ciddi qalmaqala səbəb olub
Müxalifətin dağıdıcı qanadının yanlış baxışlara malik olması və hər bir məsələyə qara eynəkdə baxmaları onlar üçün uğursuz nəticələr verməkdədir. Düzdür, partiyalar daxilində hökm sürən mövcud ağır vəziyyəti dəyişmək üçün kollegial orqanlara yeni simalar cəlb edilir, lakin bu da problemlərin həllinə yardımçı ola bilmir. Çünki daxili vəziyyət o dərəcədə ağırdır ki, yeniliklər də o problemin aradan qaldırılmasına kömək edə bilmir. Sadəcə, yeni simalar vasitəsi ilə şanslarını yoxlamağa cəhd göstərirlər. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədilklərindən uğursuzluğa düçür olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar. Yenilik yalnız ikinci, üçüncü tip şəxslərin başqanlığa və ya kollegial orqanlara gətirilməsi deyil, bütövlükdə, ideologiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır.
Dağıdıcı müxalifət liderlərinin imici ləkələnib
Hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Ümumiyyətlə, mövcud hadisələrə nəzər yetirdikdə, bir daha aydın olur ki, müxalifət düşərgəsində aydın düşüncəli, sağlam fikirli, açıq, demokratik mübarizə aparmaq gücündə və istəyində olan partiya sədrləri yoxdur. Bu da onların meydan təfəkküründən qurtula bilməməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məhz onların bir illik hakimiyyətləri dönəmində yarıtmaz fəaliyyətləri səbəbindən Azərbaycan dövləti ağır faciələr yaşadı. Bu gün də eyni siyasət təkrarlanır. Yəni indiki dağıdıcı müxalifət başbilənlərinin dəyişən yalnız əyinlərinə geyindikləri kostyumlardır. Beyin düşüncələri və daxili aləmləri hələ də ötən əsrin 88-ci illərindəki kimidir. O zaman yalanları ilə idarəetmə həyata keçirən Ə.Kərimli bu gün də saxtakarlığı və böhtanları ilə siyasi düşüncəsində və fəaliyyətində heç nəyin dəyişmədiyini göstərir. Sübuta yetirilir ki, Ə.Kərimli pul xatirinə milli və dövlətçilik maraqlarını satmaqla yanaşı, ortaqlarını da aldatmaqdan və onları gedər-gəlməzə yola salmaqdan belə çəkinməyən şəxsdir. Siyasi prosesləri, qismən də olsa analiz etsək, bir daha o qənaətə gəlmək olar ki, Ə.Kərimli üçün fəaliyyət heç də siyasətdə uğur əldə etmək və nəyəsə nail olmaq deyil. Başlıca şərt, nə yolla olursa-olsun, pul qazanmaq, qrantlar əldə etmək və xarici ölkələrdə mülklər almaq və obyektlər tikdirməkdir. Fakt budur ki, Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrlə yanaşı, Rusiyanın qaranlıq dairələri də ara-sıra AXCP sədri Ə.Kərimliyə maliyyə yardımları göstəriblər. Lakin o da fakdır ki, pul ayıran şəxslər Ə.Kərimli ilə əməkdaşlıq etməklə, böyük yanlışlığa yol verdiklərini başa düşüb, onunla münasibətləri kəsirlər. Yəni müxalifət düşərgəsindəki Ə.Kərimliyə olan inamsızlıq eynilə xarici maraqlı dairələrlə də yaşanmaqdadır. Təbii ki, bu cür xarakterə və düşüncəyə malik partiya sədri ilə sonrakı mərhələlərdə də kimlərinsə yolu davam etdirəcəkləri inandırıcı deyil. Çünki Ə.Kərimli ancaq münasibət qurduğu dostlarına və təşkilatlara atmaq və ya aldatmaq haqqında düşünür. Məhz buna görə də, Ə.Kərimlinin ətrafında olan şəxslər ondan uzaq durmağa və əlaqələri kəsməyə çalışırlar.
Əli Kərimli AXCP-də sərt diktatura rejimi qurub
Diqqətçəkən maraqlı məqam ondan ibarətdir ki, bəzən partiya sədrlərinin qəzəbinə tuş gələrək partiyadan uzaqlaşdırılmalarını həzm edib, taleləri ilə barışmayan eks-sıravilər olur. Misal olaraq, AXCP NTK-nın sədri olmuş Aydın Əliyevin Ə.Kərimlinin tələbinə əsasən, partiya sıralarından xaric edilməsini rahatlıqla həzm etməməsini göstərmək olar. A.Əliyev AXCP sıralarından xaric edilməsini partiya nizamnaməsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, hüquqlarının bərpası iddiası ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. Bu barədə, bizə A.Əliyevin özü məlumat verdi: “Nəsimi rayon məhkəsməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə iddiam təmin olundu. AXCP sədri Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri müxtəlif üsullardan istifadə etməklə partiyadan uzaqlaşdırır. Əli Kərimli qatı diktatordu. O cəbhəçiləri aldadır, xalqımıza və dövlətimizə qarşı xəyanət edir”.
AXCP- nin qurultayı qanunlara zidd formada keçirildiyi üzə çıxdı
Əli Kərimli başqalarını ən iyrənc formalardan istifadə etməklə ləkələməyə cəhd etməsi, nəhayətdə özünün bəlalarla üzləşməsinə gətirib çıxarır. El məsəlində deyildiyi, “sirkə nə qədər tünd olsa da öz qabını çatladar”. Yəni Ə.Kərimli etdiyi bəd əməllərinin bəlasını çəkməkdədir. Xüsusilə də, AXCP-nin iyunun 24 - də keçirilən 7-ci qurultayında saxtakarlığa yol verməsi, ciddi nizamnamə pozuntusu həyata keçirməsi Ə.Kərimli və ətrafında olan trollar üçün cidd baş ağrısına çevrilib. Artıq Ədliyyə Nazirliyi AXCP-nin 24 iyun tarixli 7-ci qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasından imtina edib. Nazirliyin imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb. Söz yox ki, qanun aliliyi qorunacq və saxtakarlıq edən Ə.Kərimli cəzaslanacq. Daha doğrusu sədr seçkisindən narazı qalan partiyanın qurtayının nümayəndələrinin iddiaları Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin olunacaq. Bundan sonar ya AXCP növbəti qurultay keçirməli, ya da Ə.Kərimli sədrlikdən könülllü şəkildə istefa verməlidir. Əks halda qurultayın nəticələri Ədliyyə nanirliyinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmayacaq.Bu isə AXCP adlı qondarma qurumun tarixin arxivinə atılması deməkdir.
İ.ƏLİYEV