PDF Oxu

Siyasət

  • 1 895

Zəfər bayramın mübarək, AZƏRBAYCAN! ŞƏRH

image

27 sentyabr 2020-ci ildə başlanan Vətənin müdafiəsi dünya ictimayyətinə məlumdur. 27 sentyabrdan 8 noyabra gedən 44 günlük yol çətin yol oldu. Bu yol 30 illik işğala son qoydu. Bu yolu milli gücümüzün, hərbi potensialın, siyasi, iqtisadi və ən əsası milli həmrəylik hesabına getdik. Bu yol haqq yolu idi. Elə buna görə də milli ruhda böyümüş gənclərimiz bu yolu qürurla getdi, canları-sağlamlıqları bahasına işğal olunmuş torpaqlarımızı azad etdi və tarixə QALİB AZƏRBAYCAN səhifəsini yazdı. Ermənistan xislətli siyasətinə son qoyuldu. Ermənistan tək hərb meydanında deyil, həm də dünya diplomatikasında uduzdu. 16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilən növbədənkənar iclasda Ermənistan özü özünü ifşa etdi. Yenə də qalib prezident İlham Əliyevin Qarabağ Azərbaycandır şüarı təsdiqləndi.Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan tarixinə daha bir tarixi gün əlavə olundu 15 Oktyabrın 2023 il. Bu tarixdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətin və Ordumuzun gücü sayəsində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımız ucaldı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması cənab Prezidentin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Həqiqətən də, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilir Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev. Artıq biz 8 noyabr Zəfər bayramını ikiqat sevinclə qeyd edirik. Zəfərimiz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş böyük siyasətin və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin, sözün əsl mənasında, zirvəsidir. 10 noyabr 2023-cü il bəyannamənin imzalandığı tarixdir. Bu tarix 44 günlük müharibənin bitdiyi tarixdir.

44 günlük müharibə Azərbaycanın müasir və ən yeni tarixində əsrlər boyu yaşıyacaq və təhlil olunacaq bir hadisədir. 44 günlük müharibə yüz illərin proseslərin nəticəsinə yekun vuran böyük hadisədir. İstər hərbi quruculuğu sahəsində olsun, istər iqtisadi islahatlar bunlar hamisi hər tərəfli hazırlanmış sistemli fəaliyyət proqramının nəticəsi olaraq meydana çıxdı. Üç dəfə atəşkəs elan olunmasına baxmayaraq, atəşkəs Ermənistan tərəfindən pozulmuş və, nəticədə, cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələri atəşə tutulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, ön cəbhədə yaralı zabit-əsgərlərimizə tibbi yardım göstərən tibb işçilərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Bu biklik həm hərbi həm də mənəvi zərbə oldu düşmənə. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə aldılar.Hərb meydanında uduzan düşmən siyasət meydanında təxribat aparmaq istədi. Yenə alınmadı. 16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə iclas keçirildi. Ermənistan özü çağırdığı növbədənkənar iclasda özünü ifşa etdi.Döyüş meydanında uduzduğu kimi də, diplomatik sahədə də Ermənistan uduzdu.Yenə də qalib prezident İlham Əliyevin olduğu Azərbaycandır. Keçirilən sonuncu antiterror tədbirləri xalqın milli birliyinin dir daha dünyaya sübüt etdi və Azərbaycan dövlətini zirvələrə ucaltdı. Bir daha sübüt olundu ki, milli düşüncə tərzinin formalaşmasına heç bir qüvvə maneə ola bilməz. Artıq işğal sözünü deməyəcəyik. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarımıza qovuşmaq Qarabağ probleminin son həlli olacaq. Zəfər Günü dedikdə gözümün önünə igidlərimiz, şəhidlərimizin gəlir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Nə qədər Azərbaycan xalqı var Vətən uğrunda canından keçən şəhidlər ürəyimizdə yaşayacaq.

QALİB ORDUNUN ƏSGƏRİ VƏ QALİB XALQIN VƏTƏNDAŞI OLMAQDAN QÜRURLU HEÇ NƏ YOXDU! QARABAĞ AZƏRBAYCANDIR!!!

Şəhla Xəlilova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər