PREZİDENT İLHAM ƏLİYEV: "Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik"
Bu gün xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin üçüncü ildir ki, Zəfər Gününü qürurla qeyd etməyə hazırlaşır. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixinin üçüncü ilini - Böyük Qələbə, Şanlı tariximizə daxil olan Zəfər gününü, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu günü qeyd edir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.Qalib Liderimiz Şuşadan xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq.
ŞUŞANIN GÖTÜRÜLMƏSİ ÇOX BÖYÜK PEŞƏKARLIQ, CƏSARƏT TƏLƏB EDƏN ƏMƏLİYYAT İDİ
«Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir",- deyən Ali Baş Komandan bir daha vurğuladı ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Beləliklə də…
AZƏRBAYCAN ORDUSU NƏİNKİ DÜŞMƏNİ DİZ ÇÖKDÜRDÜ, ONLARIN 30 İL QEYD ETDİKLƏRİ İŞĞAL «“BAYRAMLARINI - 8 MAY GÜNÜNÜ» TARİXDƏN SİLDİ
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! zərbaycan ordusu nəinki düşməni diz çökdürərək onların 30 il qeyd etdikləri işğal «bayram”larını - 8 may gününü» tarixdən sildi. Müzəffər Ali Baş Komandan əsl Sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurdu. 30 ildən sonra 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Çünki Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımız üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Və 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 30 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi hər günü bir tarixi qələbə olan 44 gün davam edən İkinci Vətən Müharibəsində düşmənə “Dəmir yumruğun” zərbəsi ilə qürur yerimiz - Şuşamız azad edildi! Azərbaycanın 28 illik Şuşa yarası sağaldı! Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Və bu gün Ali Baş Komandan Şəhidlər xiyabanından xalqa müraciəti tarixi müraciət olaraq qalacaq, çünki bu müraciətlə Şuşanın azad olunması müjdəsini verərək ulu öndərin vəsiyyətinin yerinə yetirməsini qürurla qeyd etdi: «Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Bəli, bu gün əziz Şuşamız azaddır. Orada şanlı bayrağımız qürurla dalğalanır. Xalq olaraq fəxrlə artıq üçüncü ildir ki, 30 il sonra 8 noyabr Zəfər Günümüzü qürurla, sevinclə qeyd edirik. Bir daha Zəfər Günün mübarək, Azərbaycan xalqı, bütün türk dünyası! Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI