PDF Oxu

Siyasət

  • 1 562

İlqar Məmmədov əbləhlər məclisində özünə yer qazanmağa çalışır ANALİZ

İlqar Məmmədov əbləhlər məclisində özünə yer qazanmağa çalışır ANALİZ

Daxili çəkişmələr, arzu etmədikləri proseslər müxalifət düşərgəsində təmsil olunan dağıdıcı partiyaların sədrlərini çıxılmaz vəziyyətə salıb. Durumun son dərəcə ağır olması səbəbindən partiya funksionerləri nə etmək istədiklərini, hansı addımları atmağa çalışdıqlarını və açıqlamalarını hansı yöndə vermək lazım olduqlarını belə unudublar. Sadəcə, gic toyuq kimi ora-bura vurnuxub, dəxli olmayan məsələlərdən söhbət açır, qeyri-ciddi ideya və təkliflərlə çıxış edirlər. Bu da müxalifət partiyaların da ağır olan problemlərinin daha da dərinləşməsinə gətirib çıxarır. Çünki sağlam, ağıllı idarəetmə olmadığından və partiyanın fəaliyyət istiqaməti ölkə miqyaslı maraqlara uyğunlaşdırılmadığından uduzan və zərəri görən sıravi üzvlər olur, təbii ki, partiyalarda ciddi zərbəyə məruz qalırlar. Dəfələrlə Müsavatın və AXCP-nin qopmalara məruz qalması və ətraflarında qalmaqalların yaranması məhz rəhbərliyin düzgün və məqsədyönlü siyasət apara bilməməsi ilə bağlıdır.

Uduzan və zərbə altına düşən sıravi müxaliflər olur

Görünən və təsdiq olunan fakt ondan ibarətdir ki, dağıdıcı partiyaların üzdəniraq sədrləri səhvlərini təkrarlamaqda davam edirlər. Yəni, onlara dəyən şillənin haradan və nəyə görə dəydiyini hələ də aydınlaşdırmırlar. AXCP sədri Əli Kərimli sonu necə olacağını müəyyənləşdirmədən iyunun 24-də AXCP-nin tələm-tələsik 7-ci qurultayını keçirdi və özünü yenidən sədr elan etdi. Bu azmış kimi çoxdan arxivə göndərilməli olan Nurəddin Məmmədlini AXCP Ali Məclisinin sədri təyin etdi. Kollegial orqanlara “seçki” təşkil edib, özünə yaxın dost, tanışını İdarə Heyətinin, Ali Məclisin üzvləri seçildiyini bildirdi. Söz yox ki, bu tip şou narazılıq yaratmalı idi, belə də oldu. Ədliyyə Nazirliyi AXCP-nin 24 iyun tarixli 7-ci qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasından imtina edib. Ədliyyə Nazirliyi imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb. Təbii ki, Ə.Kərimlinin AXCP-yə şəxsi firması kimi baxması “Siyasi partiyalar haqqında qanun”un tələblərinə ziddi. Yəqin ki, Nəsimi rayon Məhkəməsi bu kimi halları nəzərə alaraq AXCP üzvlərindən birinin qurultayın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını təmin edəcək.

Sədrlərinin yanlış siyasətlərinin nəticəsi olaraq fəlakətli vəziyyətlə üzləşən partiyalar yalnız AXCP və ya Müsavat deyil, digər dağıdıcı yön sərgiləyən partiya sədrləri də Əli Kərimlinin, Arif Hacılının səhvlərini təkrarlayırlar. Misal olaraq Real partiyasının sədri İlqar Məmmədovun anormal fəaliyyəti, yanlış açıqlamaları ilə özünü və partiyadaşlarını rüsvay etməsini göstərmək olar. Bu məxluq siyasətə gələndən sonra cibi sevinənlərdən olduğundan ağına-bozuna baxmadan sərsəm və ironiya ilə qarşılanan açıqlamalarını səsləndirməkdən əl çəkmir. Elə bir vəziyyət yaradıb ki, təmsil olunduğu düşərgədə də onu məsxərəyə qoyub, fitə basırlar. Bu barədə geniş müzakirə açmaq fikrindən uzağam, çünki sosial şəbəkələrə nəzər yetirilsə sıravi müxalifətçilərin İ.Məmmədovu necə daşa basdıqlarını görmək olar.

İlqar Məmmədov siyasəti münəccimlik peşəsinə dəyişib

Bu adamın, yəni İ.Məmmədovun əsas fəaliyyəti ağa qara demək, Avropa institutlarına xoş gəlmək üçün Azərbaycanın uğurlarına yalnız mənfi fikirlər söyləməkdir. Yada salmaq lazımdır ki, bir qədər əvvəl siyasi partiyaların xətti İ.Məmmədovu da işğaldan azad edilən ərazilərə səfəri təşkil olunmuşdur. Bu məxluq qürurverici anları lentə alıb, fəxarət hissi ilə sosial şəbəkələrdə paylaşmaqdansa, kəllə-mayallaq açıqlamalarla çıxış edir, Ağalı kəndi haqqında birbaşa Avropadakı pozucu dairələrin maraqlarına xidmət edən videolar paylaşırdı. İndi də özünü ağıllı göstərmək üçün Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi təklifini səsləndirir. İ.Məmmədovun yazdığı statusdan: “Bu 21 partiya özünü buraxıb YAP-a birləşməsə, ya da vahid siyahılı seçki blokunda seçkiyə getməsə, belə gedişat ancaq seçki saxtakarlığı planlarından xəbər verəcək. Ötən il dediyimi də təkrarlayım: YAP-ın proporsional sistemə keçid niyyətinin əsas səbəbi nədir? Bəli, nisbətən düzgün səsvermədə majoritar dairələri əminliklə udacaq YAP-çıların az olması. Buna görə YAP proporsional seçkiyə getmək istəyir. Hakimiyyətin reytinqli bir neçə simasını siyahının başına qoysa, vətəndaşlar bu siyahıya səs verər. Beləliklə, populyar olmayan digər yapçılar da onların hesabına parlamentdə yer tutar. İndi daha da aydın görünür ki, referenduma bağlı bu sadə tənliklər YAP-ın partiya-seçki sisteminə dair sirlərini açıq deyə, referendum söhbətini ictimai sahədə, hələlik, bir qədər səngitmək əmri gəlib”.

Bir sözlə, başdan ayağa mənasız boşboğazlıqdan ibarət olan statusdan belə başa düşülür ki, İ.Məmmədov seçki sistemi ilə bağlı ağalarından xüsusi tapşırıq alıb. Hətta referendum keçiriləcəyi və seçki sisteminə dəyişikliklərin olacağı barədə cəfəng fikirlər qeyd edir. Yoxsa seçki-filan müzakirə edilmədiyi bir məqamda, onun referendumdan danışması, majoritar və proporsional seçki sistemindən bəhs etməsinə nə ehtiyac var? İlk olaraq İ.Məmmədova xatırlatmaq lazımdır ki, müvafiq dövlət qurumunun nümayəndəsi ölkədə referendumun keçirilməsinin nəzərdə tutulmadığını bəyan edib. Deməli, seçki sistemində hansısa dəyişikliklərin və əlavələrin edilməsi planlaşdırılmır. Digər tərəfdən, İ.Məmmədov 21 partiyanın özünü buraxıb YAP-a birləşməsindən qeydlər edir. Əvvəla, Cənubi Qafqazın ən böyük partiyası olan YAP-a hansısa siyasi partiyanın birləşməsi həmin partiya təmsilçilərinə yalnız uğur gətirə bilər. Zaman-zaman belə birləşmələr də olub. 2021-ci il də keçirilən YAP-ın qurultayında 8 partiya xalqın partiyası olan Yeni Azərbaycan Partiyasına birləşdi. Ona görə də, İ.Məmmədovun hay-küy qaldırıb mənasız qaşınması əhəmiyyətsizdir.

İ.ƏLİYEV

Digər xəbərlər