PDF Oxu

Siyasət

  • 2 964

Şuşanın azadlığı milli qüdrətimizin simvoludur.... ŞƏRH

Şuşanın azadlığı milli qüdrətimizin simvoludur.... ŞƏRH

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa Qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanılması üçün Şişa şəhərini, Qalasını yaradıblar. Bu Azərbaycan xaqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil”.

Ümummilli Lider Heydər Əliyev

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən, Cənab Ali Baş Komandanın uğurlu siyasəti və Vətən eşqi ilə yanıb tutuşan igid oğullarımızın sayəsində Qələbə ilə nəticələnən Vətən Müharibəsi tariximizin şanlı səhifəsinə çevrildi. Xalq Ali Baş Komandan ətrafında sıx birləşərək bütün dünyaya gücünü nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan təkcə hərb sahəsində deyil, siyasi arenada da necə sərkərdə olduğunu mənfur düşmənə və onların xünta rejimini dəstəkləyən dövlətlərə Dəmir Yumruğun qüdrəti ilə sübut etdi. Azərbaycanın qazandığı Zəfər, xüsusilə Şuşanın düşmən tapdağından azad edilməsi haqq savaşımızda həlledici rol oynadı. Hər bir azərbaycanlının qəlbində 28 illik Şuşa həsrəti vardır. Bu həsrətə yenilməz milli birlik və iradənin gücü son qoydu.Vətən Müharibəsi sübut etdi ki, Şuşanı sevmək ücün şuşalı olmaq gərəkmir. Çünki, Şuşa bizim tariximizin, mədəniyyətimizin milli qürur simvoludur. Əbəs yerə deyil ki, bu heyrətamiz şəhəri Şərqin Konservatoriyası adlandırırlar. Şuşa musiqimizin beşiyi, açıq hava altında yerləşən Tanrının bizə bəxş etdiyi tarixi muzeydir. Bu gözəl torpaq Vaqifi, Xan qızı Nəatavanı, Əbürrəhim bəy Hqaverdiyevi, Bülbülü, Üzeyir bəy Hacıbəyovu, Nəcəf bəy Vəzirovu yetişdirmişdir. Şuşanın işğalı mədəniyyətimzin ruhuna vurulan dərin zərbə idi. Şuşanın işğaldan azad edilməsi hərb tariximizdə unikal əməliyyat idi. 28 ildən sonra Şanlı Azərbaycan Bayrağı Şuşada dalğalandı. Bu, xalqımıza Şanlı Qələbə, düşmənə isə utancverici məğlubiyyət gətirdi. Ali Baş Komandanın Azərbaycan Bayrağı qarşısında dayanaraq fəxarət və qürur hissi ilə xalqımıza qələbə müjdəsi veridyi an bütün Dünya Azərbaycanlılarının vahid ideologiya ətrafında birliyinin təcəssümü idi.

Əziz Şuşa sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bu cümlələr hər bir vətənini sevən azərbaycanlının qəlbində sevinc və qürur hissləri oyatdı. 28 il 6 aydan sonra düşmən tapdağından xilas olan Şuşada Xan əminin Qarabağ Şikəstəsi səsləndi. Bu Qələbəni bizə yaşadan Cənab Ali Baş Komandanın, onun yolunu özünə müqəddəs yol bilib Vətən üçün döyüşə gedən, şəhadətə ucalan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. Şuşanın azadlığı rəşadətli ordumuzun gücünü dünyaya tanıtdı, Dövlət Bayrağı Günü ərəfəsində işğaldan azad edilməsi isə tariximizin səhifələrinə qürurverici bir hadisə kimi yazıldı. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin “Fəxr edirəm ki, mən Azərbaycanlıyam”! kəlamı hər birimizin həyat amalına çevrilmişdir.

Zəfərin Mübarək Azərbaycan!

Zəfərin Mübarək Ali Baş Komandan!

Leyla Həmidova

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər