PDF Oxu

Siyasət

  • 2 414

10 noyabr -Birgə Bəyannaməsi Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi

10 noyabr -Birgə Bəyannaməsi Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi. Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi.Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun dəmir yumruğun hesabına imzalayır. Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər. İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni rəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran, “uğurlu həmlələr” edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqla nəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olan Ararat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərək İrəvanın mərkəzində döyüldü.

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın diplomatiya sahəsində gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində qarşı tərəfdən buna cavab verilmədi.Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi.Türkiyə bəyanatın tərəflərindən olmasa da, həmin sənəddə keçən bir cümləni Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsini şərtləndirən amil kimi dəyərləndirə bilərik.10 noyabr tarixli kapitulyasiya aktından sonra Ermənistanın özünü toparlayacağı, revanşist meyillərin artacağı barədə deyilənlər özünü doğrultmayıb. Bu gün Azərbaycanla Ermənistanın durumu hər şeyi gün kimi ortaya qoyur. Regonda söz sahibinə çevrilən, daha da güclənən Azərbaycanın qarşısında xaosa sürüklənən, ordusu, iqtisadiyyatı məhv olan başqa dövlətlərin hesabına zorla ayaqda duran Ermənistan dayanıb. Azərbaycan Xankəndi və ətrafında konstitusiya quruluşunu bərpa edərək tam suverenliyini bərpa etdi. Və proseslər Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığa uyğun davranmasından başqa çarəsinin qalmadığını isbat etməkdədir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər