PDF Oxu

Siyasət

  • 2 430

Şəhid Rövşən Nurzadənin əziz xatirəsi yad olunub FOTOLAR

Şəhid Rövşən Nurzadənin əziz xatirəsi yad olunub FOTOLAR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Nurzadə Rövşən Əli oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Nurzadə Rövşən Əli oğlu şəhadətindən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər