Fransa ilə Hindistanın məqsədi nədir?
Artıq məlumdur ki, Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb və həmin müqavilənin məbləği 41,5 milyon dollar dəyərində qiymətləndirilir.
Lakin məsələ həm də ondan ibarətdir ki, “Zen Technologies” nəinki sistemləri Ermənistana ötürəcək, həm də operatorlara onlarla işləməyi öyrədəcək.
Onu da qeyd edək ki, hazırda sistemdən istifadə imkanları Hindistanın quru qoşunları tərəfindən öyrənilir.
İstər Fransanın, istərsə də Hindistanın İrəvanı silahlandırması ondan xəbər verir ki...
Digər tərəfdən, Ermənistan bundan öncə də Fransadan yaxınmənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Bu günlərdə isə növbəti hərbi texnika Ermənistana göndərilib. İstər Fransanın, istərsə də Hindistanın İrəvanı silahlandırması ondan xəbər verir ki, Ermənistan revanşist hərəkətlərinə nəinki son qoymur, bu ölkə Azərbaycana qarşı müharibəyə hazırlaşır.
O cümlədən, fakt isə budur ki, Ermənistanın sürətli şəkildə silahlanır və bu hal regionda yaranmaq sabitliyə deyil, yeni təlatümlərə xidmət edir. Bu məsələdə Fransanın və Hindistanın da paylarının olması göz önündədir.
Ermənistan indi də Rusiyaya meydan oxuyur?
Hərbi ekspertlərə görə, Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Məhz bu baxımdan, Ermənistan bu üstünlüyü bərabərləşdirmək üçün var-gəl edir.
Son vaxtlar Ermənistanın həm də Rusiyaya qarşı qeyri-adekvat siyasəti belə qənaətə gəlməyə zəmin yaradır ki, İrəvan Moskvanın ona qarşı mümkün hücumundan panik dövrünü yaşayır. Belə ki, Paşinyan açıq şəkildə Rusiya ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta o, bu yaxınlarda deyib ki, Rusiya ordusu artıq Ermənistan sərhədlərini qorumaq gücündə deyil. Bu baxımdan, mümkündür ki, silahlanmalar həm də Rusiyaya qarşıdır.
Ermənistan bölgədə destruktiv fəaliyyətə xidmət edir
Lakin Ermənistan-Rusiya münasibətləri onların öz aralarında həll olunmalıdır və əsas diqqət Ermənistanın Azərbaycana qarşı revanşçı hisslərinin yenidən baş qaldırmasıdır.
Əbəs deyil ki, Azərbaycanın XİN rəsmisi Ayxan Hacızadə baş verənlərlə bağlı bəyan edib ki, sözügedən hərbi texnikaların ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
Afət Tahirqızı