PDF Oxu

Siyasət

  • 1 953

Sevinc Osmanqızı ağlına deyil, Kristofer Smitin təlimatına güvənir ANALİZ

Sevinc Osmanqızı ağlına deyil, Kristofer Smitin təlimatına güvənir ANALİZ

Bu gün gözümüzün qarşısında möhtəşəm tarix yaşanır. Azərbaycan ikiyüzillik üzücü, niskilli tarixini böyük zəfərlərlə, parlaq qələbələrlə əvəzləyib. 30 il erməni işğalı altında olmuş Qarabağımız və ətraf rayonlar tam şəkildə azad edildi. Xankəndidə, Xocalıda, Əsgəranda, Şuşada, Xocavənddə, Ağdərədə və digər ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Noyabrın 8-də Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərində zəfər paradı keçirildi. Dünyanın ən nüfuzlu mətbu orqanları, televiziyaları Xankəndi şəhərində keçirilən paraddan məqalələr yazdılar, verilişlər yayımladılar.

Dağıdıcı müxalifət erməni lobbisinin istək və tələblərinin icraçısı rolunda çıxış etməyə üstünlük verirlər

Qürurverici hadisələr fonunda ərazilərimizdə geniş quruculuq, təmir və bərpa işləri aparılır. Hər gün hansısa kənd və qəsəbəyə keçmiş qaçqın və köçkünlərin qayıdışı barədə məlumatlar eşidirik. Sevinc doğuran xəbərlər yayıldıqca, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların üzü gülür, sevinir, fərəh hissi keçirir. Təəssüf ki, dərdə, qüssəyə mübtəla olanlar yalnız ermənilər və onları himayəyə götürmüş Makron, Kristofer Smit və digər əndərəbadi məxluqlardır. Azərbaycanın dağıdıcı müxalifəti də torpaqlarımızın azadlığına qovuşmasından heç də məmnun deyil. Çünki maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrin tələbi və göstərişləri bundan ibarətdir. AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Şura üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, ABŞ-da oturub Azərbaycan haqqında Koçaryan və Sarkisyan kimi hədyanlar səsləndirən Sevinc Osmanqızı və digərləri erməni lobbisinin istək və tələblərinin icraçısı rolunda çıxış etməyə üstünlük verirlər.

S.Osmanqızı özünü ABŞ-ın qaranlıq dairələrindən asılı vəziyyətə salıb

Son günlər yuyulmamış çömçə kimi özünü erməni təəssübkeşi kimi ortaya atan Sevinc Osmanqızı Azərbaycanın “sivil” mübarizə aparmadığını bəyan edir, hər məqamda “Paşinyan demokratik yolla seçilən və xalqının maraqlarına dəyər və hörmət göstərən şəxsdir”, - deyə bildirir. Özünün TV-sində bir qədər də dərinə gedərək noyabrın 8-də Xankəndi şəhərində keçirilən zəfər paradından özünün dayaz düşüncəsi ilə qüsur axtarmağa çalışır. Hətta utanıb-çəkinmədən belə bir paradın keçirilməsinə ehtiyac olmadığını bildirir. Niyə? Təbii ki, bu sualı S.Osmanqızına ünvanlamaq və cavab almaq mümkün deyil. Hətta sual ona çatsa belə, erməni maraqlarından çıxış etməyə kökləndiyindən əsaslı cavab verəcəyi də inandırıcı deyil. Anlamaq istəməyəcək ki, 30 il ərzində erməni separatçıları Xanın kəndində və digər ərazilərimizdə meydan sulayıblar, bizim heysiyyatımıza, mənliyimizə toxunan hərəkətlər ediblər. Qukasyan, Saakyan, Artunyan Xankəndi şəhərində “parad” keçirib, bizim qürurumuzu alçaltmağa çalışıblar. Nəyə görə Sevinc Osmanqızı bu biabırçılıqdan danışmır? Nədən Makronun Ermənistana himayədarlıq etməsindən, müasir silahlarla təmin etməyə çalışmasından tənqidi fikirlər söyləmir? Əksinə, görünən ondan ibarətdir ki, müəyyən hallarda Ermənistanın separtçı addımlarına, təxribatçı hərəkətlərinə dolayısı ilə haqq qazandırır: “Tərəflər bir-birini ittiham etməkdədir. Ermənistan lideri Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycan həm Ermənistanla sərhəddə, həm də Qarabağla təmas xəttində qoşunlar toplamaqdadır”.

Məsələ aydındır: S.Osmanqızı ABŞ-ın qaranlıq dairələrindən, xüsusilə də, dövlət departamentindəki ermənipərəst şəxslərdən asılıdır. Onun üçün Azərbaycanın maraqları, xalqımızın mənafeyi arxa plandadır. Yeri gələndə öz ağlına deyil, ermənipərəst senator Kristofer Smitin təlimatına əsaslanır və məntiqsiz və əsassız fikirlər söyləyir. Bu isə onu deməyə əsas verir ki, S.Osmanqızı və onun kimilər insanlıqdan çıxıblar. Həm də Azərbaycanın çörəyini yeyib, suyunu içməklə yaşa dolduqlarını unudublar.

İ.ƏLİYEV

Digər xəbərlər