PDF Oxu

Siyasət

  • 2 059

“Azərbaycan Şərqlə Qərb arasında iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir” -MÜNASİBƏT

“Azərbaycan Şərqlə Qərb arasında iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir” -MÜNASİBƏT

“Azərbaycan İqtisadi əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir. Ölkəmizin nəqliyyat infrastrukturunun yenidən qurulması, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi İƏT-a daxil ölkələrin beynəlxalq daşımaların səmərəli təşkil olunmasına töhfə vermişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərsəyə gətirdiyi BTQ və Bakı Beynəlxalq Ticarəti Limanı Şərqlə Qərb arasında iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir: “Ölkəmiz İƏT-na daxil ölkələri arasında bərpa olunan enerji resurslarından istifadə etmək istiqamətində ciddi addımlar atan ölkədir. Belə ki, ölkəmizin bərpa olunan enerji potensialı 200 Qeqavat olduğunu hesablanmış və bu istiqamətdə dünyanın aparıcı şirkətlərin investisiyaları hesabına yeni genrasiya gücləri yaradılmaqdadır. İşğaldan azad olunmuş ərazilərin hidroenerji potensialı da 500 Meqavata dəyərləndirlir və yaxın dövrdə 270 meqavat generasiya gücünü bərpa edilərək qlobal gündəliyin icrasında fəallıq nümayiş etdirir. Azərbaycan bütün iqtisadi imkanlarını ECO üzvü dövrlərə açıq olduğunu bildirmişdir”.

A.Badamov onu da bildirdi ki, ölkəmiz həm də ECO-nun institutlaşmasında fəallıq nümayiş etdirib: “2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Ölkəmiz ECO-ya daxil ölkələrlə ikitərəfli və müxtəlif platformalarda əməkdaşlıq edir. İƏT-a daxil ölkələr Azərbaycanın ədalətli mövqeyini beynəxlaq təşkilatlarda hər zaman dəstəkləmişdir. O cümlədən Özbəkistan və Qazaxıstan yenidən qurulan Füzulidə orta məktəb və yaradıcılıq mərkəzi tikərək hədiyyə etmişdir. Azərbaycan işğaldan azad edilmiş əraziləri yenidən qurub bərpa edərək Zəngəzur dəhlizinin açılması üçün infrastrukturu hazır vəziyyətə gətirir. Bu dəhlizin açılışı İƏT-ə daxil ölkələrin iqtisadi əməkdaşlıq imkanlarını genişləndirəcəkdir. Azərbaycan Prezidenti Özbəkistanda keçirilmiş İƏT-nın 16-cı Zirvə Toplantısında bu təşkilatın ölkəmizə verdiyi dəstəyi yüksək dəyərləndirərək iqtisadi əməkdaşlıq potensialımızı bir daha diqqətinə çatdırmışdır. İƏT-üzvü ölkələri arasında əməkdaşlığın genişlənməsi yeni dünya düzənində ölkələrimizi bir-birinə daha yaxınlaşdıracaqdır”.

Digər xəbərlər