Siyasət

  • 2 694

Xankəndidə keçirilən hərbi parad Qələbəmizin, Zəfərimizin tarixi təsdiqidir! ŞƏRH

image

8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümündə keçirilən hərbi paradı bütün xalqımız, eləcə də dünya azərbaycanlıları böyük sevinc və qürurla izlədi. Hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlığı, şücaəti, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və mərdliyi, Ermənistanla onun havadarlarının Azərbaycana qarşı təxribat xarakterli siyasət həyata keçirdikləri barədə çıxış etdi. Ermənistan torpaqlarımızı işğal altında saxladıqları dövrlərdə xalqımız inanırdı ki, Heydər Əliyev siyasi kursunu, irsini davam etdirən müdrik, qətiyyətli, uzaqgörən siyasətçi, eləcə də mahir diplomatik bacarığa, sarsılmaz siyasi iradəyə sahib cənab İlham Əliyev Azərbaycanı dünyada güclü bur dövlətə cevirəcək, düşmən tapdağında olan torpaqlarımızı azad edəcək.

2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində torpaqlarımızı işğaldan azad edəcəyi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə xalqa söz verdi. Prezident cənab İlham Əliyev Azərbaycanda milli birliyin bərqərar olmasına nail oldu. Azərbaycan iqtisadiyyatı hər il artdı, ordumuzun maddi texniki bazası yeniləndi, ən müasir silahlarla təmin edildi, güclü milli ordu yaradıldı. Bütün bu işlər bizi böyük Zəfərə yaxınlaşdırırdı. 2020-ci ildə Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi təxribatının qarşısını alaraq əks hücuma keçdi və 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək şəhər və kəndlərimizi işğaldan azad etdi. Azərbaycanın əsgər və zabitləri misli görünməmiş böyük qəhrəmanlıq göstərdilər, müharibə zamanı bir addım belə geri çəkilmədilər. Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaətindən qorxuya düşən erməni əsgərləri təşviş içində döyüş meydanlarınl tərk edirdilər. Ermənilər özləri etiraf efirdi ki, 44 günlük müharibə zamanı 12 min erməni əsgər və zabitı fərarilik etmişdir. Azərbaycanın Silahlı Qüvvələrinin bir nəfər hərbiçisi belə döyüş meydanını tərk etməmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfər bayramımız kimi tarixə yazıldı. Şuşa işğaldan azad edildikdən sonra Ermənistan məğlub olduğunu başa düşdü. 2 gün sonra 10 noyabr 2020-ci ildə Ermənistan məğlub olduğunu etiraf edərək kapitulyasiya aktına imza atdı.

2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini uğurla başa çatdırdıqdan sonra Azərbaycanın suverenliyi tam bərpa edildi, Qarabağda separatizmin kökü kəsildi. Oktyabrın 15-də Prezident cənab İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını ucaltması Azərbaycan tarixində şanlı bir gün oldu.

Prezident cənab İlham Əliyev 20 il əvvəl xalqımıza verdiyi bütün vədləri yerinə yetirdi. Bu gün dünya ictimaiyyəti, o cümlədən ermənilər və onların havadarları da yaxşı başa düşürlər ki, Prezident cənab İlham Əliyev nəyi deyibsə, ona da əməl edib. Ölkə başçımızın sözü imzası qədər dəyərlidir. Hərbi paradda Prezident cənab İlham Əliyevin söylədiyi fikirlər Ermənistana və onun havadarlarına bir mesaj olmalıdır. Ermənistan hakimiyyəti, revanşist qüvvələr və onların arxasında dayanan ölkələr Ermənistanın 2020-ci ildə düşdükləri aqibəti unutmamalıdır.

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər