PDF Oxu

Siyasət

  • 1 704

Önəmli iqtisadi əlaqələr ŞƏRH

Önəmli iqtisadi əlaqələr ŞƏRH

Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Eyni zamanda bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir.

Ulu öndər Heydər Əliyevin sosial, iqtisadi, siyasi və digər istiqamətlərdə atdığı düşünülmüş və praqmatik addımlar nəticəsində Azərbaycan dünya arenasına inteqrasiya etməyə başladı. Ümummilli lider Heydər Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafınada öz töhfələrini verdi. Ulu öndər Heydər Əliyev iki qardaş xalqların mədəni, siyasi, iqtisadi əlaqələrinə və qarşılıqlı tərəfdaşlığına hər zaman böyük önəm verirdi. Xüsusilə qeyd etmək lazımdır ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.

Prezident İlham Əliyevin cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxış edərək bildirdi ki, “Sevinirik ki, Özbəkistan inkişaf edir, iqtisadi potensial, sənaye potensialı güclənir və əlbəttə, beynəlxalq arenada nüfuzunuz artır.
Bütün bunlar Sizin sayənizdədir, çünki son illər qazanılan bütün nailiyyətlər məhz Sizin adınızla bağlıdır. Əminəm və bilirəm ki, Özbəkistan vətəndaşları bunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, prezident seçkilərində Sizə yenidən böyük etimad göstərilib. Sizin seçkilərdən sonra ilk dövlət səfərinizi Azərbaycana etməyinizi biz hamımız çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, düşünülmüş addımdır, bizim qardaşlıq münasibətlərimizin nümayişidir.”Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər