PDF Oxu

Siyasət

  • 1 700

Tüləkəran ərazi partiya təşkilatının fəalları ilə görüş keçirilib ŞƏRH

Tüləkəran ərazi partiya təşkilatının fəalları ilə görüş keçirilib ŞƏRH

YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova Tüləkəran ərazi partiya təşkilatının fəalları ilə növbəti görüşünü keçirmişdir. Görüşdə təşkilatın əməkdaşları, partiya fəalları iştirak edirdi.Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, bu ilin sentyabrın 20-də Qarabağ bölgəsində uğurla başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən danışdı.

Sədr bildirdi ki, sentyabrın 19-da başladılan və Azərbaycan Ordusunun uğurla başa çatdırdığı antiterror tədbirləri qalib xalqımızın şanlı zəfər tarixinə qızıl hərflərlə yazılmış yeni bir səhifədir. Əzəli və əbədi torpaqlarımız olan doğma Qarabağımız üzərində ölkəmizin suveren hüquqlarının tam bərpası ilə bitən bu böyük Qələbə yolunda canlarını fəda etmiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılarımıza şəfa dilədi. Fidan xanım həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan da söhbət açdı.

Sədr, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ölkəmizin tərəqqisinə müstəsna töhfələr verdiyini, sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, bəhs olunan sahələrdə mühüm nailiyyətlərin əldə olunmasında böyük əməyinin olduğunu vurğuladı.Tüləkəran ərazi partiya təşkilatının sədri Elxan Məmmədhüseynov, partiya fəalları Məhəmməd Şirinov və Ruhulla İdrisov Azərbaycanın son illərdə keçdiyi şərəfli yolun əzəmətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü diqqətə çatdırdı və ölkəmizin günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

Digər xəbərlər