YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Sabunçu qəsəbəsi, Nikolay Baybakov küçəsi 239 ünvanında partiya fəalları ilə görüşüb. Görüşdə çıxış edən Araz Xudadanov 44 gün davam edən Vətən müharibəsindən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayının Partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasının qoyulmasından, qurultayda qəbul edilən qərarların partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi, ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətli olmasını qeyd edib. Araz Xudadanov həmçinin cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında qadınların müstəsna rolundan, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakından bəhs edib.
Ərazi partiya təşkilatının sədri Samiyə Abdulkərimova qeyd edib ki, Ali Baş Komandanımızın rəhbərliyi, ordumuzun gücü, şəhidlərimizin qanı, qazilərimizin şücaəti, xalqımızın birliyi hesabına torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Bizim Zəfərimiz nəinki Azərbaycanın, hətta bütün türk dünyasının tarixində yeni bir səhifə açdı.
Daha sonra çıxış edən gənc partiya fəalı Fidan Abbasova qeyd edib ki, partiyamızın sədri cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı, bizlərə göstərdiyi etimadı daim hiss edirik. Biz də gənclər olaraq bu etimadı hər zaman doğrultmağa çalışacaq və ölkəmizin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Sonda bir qrup partiya fəalı ilə xatirə şəkli çəkdirildi.
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...