PDF Oxu

Siyasət

  • 1 697

Dağıdıcı müxalifətin bolşevizm təfəkkürü ANALİZ

Dağıdıcı müxalifətin bolşevizm təfəkkürü ANALİZ

Siyasi arenada baş verən prosesləri analiz etsək, o qənaətə gəlmək olar ki, dağıdıcı müxalifət Azərbaycanın əldə etdiyi uğurları, xüsusilə də 30 illik işğala son qoyaraq, parlaq qələbə qazanmasından ciddi narahat olub. Bu uğurları həzm edə bilmədiklərindən dövlətimizin atributlarına, mili maraqlarımıza qarşı qarayaxma kampaniyası aparırlar. Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri xarici məkrli dairələrin maddi-mənəvi dəstəyi ilə ölkədə ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə bir narahatçılıq yaratmağa çalışırlar. Lakin bu məxluqlar dərk etmirlər ki, onların fəaliyyət istiqamətləri ağır vəziyyətlərinin daha da gərginləşməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, dağıdıcı müxalif funksionerlərinin yarıtmaz siyasət aparmaları nəinki cəmiyyətdə, eləcə də rəhbərlik etdikləri partiyalar daxilində də narazılıqla qarşılanır. Özlərindən razı və müştəbeh partiya sədrləri bu narazılıqlara əhəmiyyətsiz hal kimi yanaşsalar da, sıravi partiya üzvləri səbirli olub, nəyəsə ümid bəsləmək niyyətində olmurlar. Bəzən daxili istefaların baş verməsi də sıravilərin rəhbərliyin əxlaqdan kənar siyasətinə dözümsüz yanaşmalarından qaynaqlanır. Misal olaraq, Əli Kərimlinin anormal siyasətinin acı və ağır nəticəsi olaraq AXCP-nin dəfələrlə parçalanmasını göstərmək olar. Dünən olduğu kimi, bu gün də Ə.Kərimli yanlış siyasətini davam etdirməkdədir. Bu isə onu deməyə əsas verir ki, Ə.Kərimli səhvlərindən dərs götürmür, AXCP-dən olan istefalar, parçalanmalar onun üçün mənasız görünür. Bundan da çıxış edərək demək olar ki, Ə.Kərimli üçün əsas hədəf və məqsəd daha çox xarici ağalarından qrantlar almaqdır. Məhz xarici qrantlara həvəsli olduğundan Qarabağ zəfərindən, bayrağımızın Xankəndidə dalğalanmasından, noyabrın 8-də Xankəndidə parlaq paradın keçirilməsindən bir kəlmə də olsun danışmayır, əksinə, təxribat xarakterli, boş və mənasız açıqlamalarla çıxış edir.

AXCP sədri istiqaməti bəlli olmayan qaranlıq tunelin hərəkətsiz sakininə çevrilib

Son vaxtlar Ə.Kərimli mövzu qıtlığı ilə üzləşdiyindən yenidən Rusiya-Azərbaycan əlaqələri barədə cəfəng fikirlər səsləndirməyə başlayıb. Bu da ona dəlalət edir ki, Avropanın qaranlıq dairələri regionda maraqlarının təmin olunmasında Ə.Kərimli kimi əlaltılarından istifadə edirlər. Yəni Fransanın, Almaniyanın şişman başları Ermənistanda olduğu kimi, Azərbaycanda da Rusiyaya qarşı ictimai narazılıq yaratmağa və bu narazılıqdan öz maraqları naminə istifadə etməyə ümid bəsləyirlər. Ə.Kərimli ona təqdim olunan tezisə əsasən sosial şəbəkə hesabında yazır: “Qarabağ uğrunda savaşda ordumuzun əldə etdiyi zəfərimizin tam olması üçün birgə səylərimizlə Rusiya ordusunun da gözəl Qarabağımızı tərk etməsinə nail olmalıyıq. Rusiya ordusu Azərbaycandan dərhal çıxarılmalıdır. Rusiya ordusu, əslində, Azərbaycana 3 il öncə qanunsuz olaraq gətirilib. İndi isə onların Azərbaycanda qalması üçün heç bəhanə də qalmayıb”.

Bu məxluqun anormal yanaşmasına görə, qələbəmiz rus sülhməramlıları Qarabağda qaldığı üçün yarımçıqdır. Niyə? Yəni, Ə.Kərimli Xankəndidə, Xocalıda, Ağdərədə, Şuşada, Xocavənddə və digər şəhər və qəsəbələrimizdə bayrağımızın ucaldığını, Laçın sərhəd keçid məntəqəsinin yaradıldığını görmürmü? Bəlkə keçmiş qaçqın və məcburi köçkünlərin “biz artıq qaçqın deyilik” uca səslə ifadə olunan fikirlərini eşitmir? İnsanlarımızın kütləvi şəkildə öz dədə-baba yurdlarına qayıtmalarından xəbərsizdir? Bütün bunları görməmək və ya eşitməmək üçün kar və kor olasan. Bildiyim qədər Ə.Kərimli qırmızı turp kimidir, başını Tofiq Yaqublunun başına vursa ikinci xəstəxanalıq olar. Deməli, ağılı və düşüncəsi, həm də sağlamlığı yerindədir. Sadəcə, xarici ağalarının göstərişləri, ona reallıqdan çıxış etməyə imkan vermir.

Fuad Qəhrəmanlı da sədrinin anormal yerişini yeriyir

Hadisələrin inkişafına əsasən demək olar ki, tör-töküntüdən ibarət olan dağıdıcı müxaliflər arasında ictimai maraqlardan çıxış edən şəxs yoxdur. Gündüz vaxtı çıraqla da axtarsan tapmaq mümkün deyil. Çünki virus bütün düşərgəni əhatə edir. Ə.Kərimli nə desə, hansı addımı atsa digərləri də təkrarlayırlar. Fikir verin, Ə.Kərimli tutuquşu kimi rus sülhməramlıları barədə dönə-dönə təkrarladığı sözlərini ətrafında olan trollar da dilə gətirirlər. AXCP sədr müavini Fuad Qəhrəmanlı bir qədər də dərinə gedərək, iddia edir ki, Rusiya Qarabağı biz qaytarmaqla işini yekunlaşdırıb, artıq bölgədən getməlidirlər: “Bizim Rusiyadan ala biləcəyimiz tək şey Qarabağ idi, onu da alandan sonra daha ortada bir şey qalmayıb. Ona görə də bu gün ölkə olaraq Rusiyaya üz tutub Qərbə arxa çevirməklə dövlətin milli maraqlarına zidd seçim edirik. Nəticədə isə bir tərəfdən Avropanın böyük iqtisadi faydalarından məhrum oluruq, qlobal inkişaf prosesindən ayrı düşürük, o biri tərəfdən də, gələcəkdə Qərbin Rusiyaya ödətdirəcəyi faturanın bir qismi də müttəfiq kimi bizim üzərimizə qoyulacaq”.

Bu məxluq nə danışdığını, nə yazdığını özü də yəqin ki bilmir. Erməni revanşistləri və digər ermənipərəst dairələr iddia edirlər ki, guya Rusiya və digər kənar qüvvələrin dəstəyi ilə Azərbaycan Qarabağı işğaldan azad edib. Eyni cəfəng fikirləri Ə.Kərimli və F.Qəhrəmanlı da söyləyir. Bilmək olmur Ə.Kərimli, F.Qəhrəmanlı erməni kökənlidir, yoxsa təmiz azərbaycanlı? Şübhəli məqamlar çox olsa da, reallıq ondan ibarətdir ki, torpaqlarımızı öz gücümüzə, şəhidlərimizin qanı, qazilərimizin canı, xalqımızın Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin ətrafında sız birləşməklə aldıq. Əbədi olaraq da torpaq bütövlüyümüz mövcud olacaq. Dünya durduqca, insanlarımız Qarabağımızda yaşayacaq, yaradacaq, o bölgəni Prezidentimiz demişkən cənnətməkana çevirəcəklər.

Rus sülhməramlılarına gəlincə isə, onlar hansı işimizə mane olur ki? Ortada 10 noyabr razılaşması var və bu razılaşmanın tələbinə gör, rus sülhməramlı qüvvələri 2025-ci ildə bölgəni tərk edəcəklər. Daha doğrusu, artıq yır-yığış ediblər, texnikalarının və əsgəri qüvvələrinin böyük hissəsini Rusiyaya aparıblar. Nəzərdə tutulan zaman çərçivəsində digər kontingentdə ərazini tərk edəcəklər.

İ.ƏLİYEV

Digər xəbərlər