PDF Oxu

Siyasət

  • 2 390

"Azərbaycan Fələstin xalqının öz ərazisində dövlət qurmağına hörmətlə yanaşır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Fələstin xalqının öz ərazisində dövlət qurmağına hörmətlə yanaşır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Fələstin xalqının müstəqil dövlət qurmaq hüququnu müdafiə edən ölkələrdən biridir. Müstəqil olduğumuz dövrdən etibarən hər zaman Fələstin xalqının öz ərazisində dövlət qurmağına hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan İsrail və Fələstində diplomatik nümayəndəliklər açmaq qərarını eyni vaxtda müdafiə edib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat sözlərinə davam edərək bildirib ki, dövlətimiz bugünlərdə İsrail və Fələstin arasında gedən hərbi əməliyyatların dayandırılmasını, problemlərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir: "Bununla yanaşı, Azərbaycan elan edib ki, Fələstin ərazisində öz hesabına məktəb tikmək fikri var. Fələstin tərəfi buna şərait yaradarsa, qısa zamanda bu xoş niyyət həyata keçiriləcək. Ümid edirik ki, bugünkü gündə Fələstin və İsrail arasında mövcud olan gərgin münasibətlər tezliklə öz həllini tapacaq".

Ləman Sərraf

Digər xəbərlər