PDF Oxu

Siyasət

  • 1 759

"Azərbaycanın dirçəliş tarixi Ulu Öndərin güclü iradəsinin nəticəsidir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın dirçəliş tarixi Ulu Öndərin güclü iradəsinin nəticəsidir" - ŞƏRH EDİLDİ

“17 noyabr Azərbaycanda artıq 80-ci illərin sonu 90-cı illərin əvvəllərində baş verən hadisələrin tərkib hissəsidir. Bu elə bir prosesdir ki, əslində 70-ci illərdən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda hələ Sovet dövründə Azərbaycanın SSRİ tərkibində iqtisadi, mənəvi, mədəni müstəqilliyi üçün xeyli işlər görüldü”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, xüsusilə də 1977-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqda, hələ o zaman həmin konstitusiyada bir sıra məsələlər öz əksini tapmışdı: “Bura dil mədəniyyəti, mənəviyyat məsələsi də daxil edilmişdi. Ümummilli Liderimiz elə öncədən, özünün gənclik illərindən Azərbaycanın müstəqilliyini təmin edəcək müəyyən şərtlərin hazırlanması üçün hər cəhətdən böyük işlər görürdü. Artıq 70-80-ci illər Azərbaycanda müstəqilllik axtarışları ilə keçdi.Azərbaycanda dil, ədəbiyyat, mədəniyyət və s. məsələlərdə, tarixin öyrənilməsində, türkçülük hissiyatlarının güclənməsində SSRİ tərkibində görkəmli Azərbaycan ziyalılarının nüfuzunun yüksəlməsi də xalqın inkişafı üçün çox əhəmiyyətli məsələlər idi. Bunları Ümummilli Liderimiz öz siyasəti şəklində həyata keçirirdi. Artıq 80-ci illərin sonu 90-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyi və təbii ki, Sovetlər Birliyinin dağılması qaçılmaz idi. Burada Azərbaycanda Heydər Əliyevin yaratmış olduğu ziyalılar nəsli öndə getdi. Bununla da Azərbaycanın milli dirçəlişi üçün təbii tarixi şərait yetişdi. Bütün bu addımlar, Azərbaycanın dirçəliş tarixi də sırf Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və güclü iradəsinin nəticəsidir”.

Ləman Sərraf

Digər xəbərlər