Azərbaycanın düzgün və məqsədyönlü siyasəti böyük və möhtəşəm uğurların əldə olunmasına imkanlar yaradır. Ötən 20 il ərzində Azərbaycanın valyuta ehtiyatları 40 dəfə artmışdır. Ölkə iqtisadiyatına qoyulan investisiyanın həcmi də hər il artmaqdadır. Ötən 20 il ərzində Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. İqtisadi, sosial uğurlar siyasi, diplomatik, hərbi qələbələrlə əvəzlənir ki, bu da Azərbaycanın dünya miqyasında yerinin və rolunun daha da möhkəmlənməsinə təkan verir. Azərbaycanın Yenilməz Sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun 30 il işğal altında olmuş torpaqlarımızı erməni qəsbkarlarından təmizləməsi ölkəmizin gücünə güc qatdı. Artıq birmənalı şəkildə demək olar ki, Azərbaycan dünyada barmaqla sayılan güclü və qüdrətli dövlətlərdəndir. Təbii ki, əldə olunan uğurları daxili qüvvələr kimi xarici məkrli dairələrdə həzm edə bilmirlər. Xarici ölkələrdə kök salmış məkrli qüvvələr hər vəchlə Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar. Bu səbəbdən də zəif və gərəksiz qurum imici qazanmış Ermənistana siyasi, hərbi, maliyyə dəstəyi göstərməklə Azərbaycanı təhdid etməyə çalışırlar. Başda Fransa prezidenti E.Makronun başçılıq etdiyi Avropa İttifaqına üzv dövlətləri Ermənistana silah və maliyyə dəstəyi göstərir. Bu arada Amerika Birləşmiş Ştatları da Ermənistanın yanında olduğunu nümayiş etdirmək üçün maliyyə kisəsinin ağzını açdığını nümayiş etdirir. Hətta bəzi məqamlarda açıq şəkildə Ermənistanı dəstəklədiyini göstərməyə çalışır. Bütün bunlar ABŞ-ın özünə rəqib gördüyü dövlətlərə qarşı qərəzli münasibətinin göstəricisidir.
ABŞ, ziddiyyətli və ikili standartlar siyasətinə önəm verən dövlətdir
ABŞ heç zaman terrora qarşı mübarizədə əsaslı və birmənalı mövqe göstərmir. ABŞ Dövlət Departamenti terrora münasibətdə bir cür yanaşma nümayiş etdirir, Nümayəndələr Palatası başqa cür, Konqres və Pentaqon isə digərlərindən fərqli nümunə ortaya qoyurlar. Yəni, hərəsi sərf edən tərəfi seçir. Ola bilir ki, Dövlət Departamenti terrorçu hesab etdiyi qruplaşmanı Pentaqon sivil dünyanın “sanballı təşkilatı” hesab etsin. Bu baxımdan, ABŞ, hətta beynəlxalq terrorizmə qarşı mübarizədə də heç vaxt səmimi olmayıb. Maraqları prizmasında baş verənləri izləyib. Deyək ki, “PKK” və “ASALA” terror təşkilatını əksər dövlətlər insanlıq və bəşəriyyət üçün təhlükə mənbəyi hesab edirsə, ABŞ başqa cür düşünür və addımlar atır. Xatırlatmaq lazımdır ki, ABŞ-ın dövlət katibi olmuş Kondoliza Rays Türkiyədə səfərdə olarkən ona jurnalistlər tərəfindən ünvanlanan suallar arasında “ABŞ “PKK”-ya qarşı mübarizə istiqamətində hansı addımları atmağı düşünür” sualı da vardı. O zaman Kondoliza Rays ənənəvi cavabı vermişdir: “”PKK”-ya qarşı mübarizə aparmaq, hələlik, ABŞ-ın planlarına daxil deyil”. Lakin elə ki, 11 sentyabr hadisələr baş verdi, ABŞ Əl-Qaidəni, xüsusilə də Bin Ladeni məhv etmək üçün terrorizmə qarşı beynəlxalq koalisiya yaradıb fəaliyyətə başladı. Azərbaycanda dəfələrlə ABŞ-ın haqsız və ədalətsiz münasibəti ilə qarşılaşıb. Baxmayaraq ki, beynəlxalq terrorizmə qarşı mübarizədə ən fəal tərəflərdən biri Azərbaycan olub. Lakin 30 illik erməni işğalı zamanı koalisiyanın üzvləri, o cümlədən ABŞ Azərbaycana dəstək göstərmədi. ABŞ-ın vaxtilə Qarabağdakı separatçılara mina təmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması. Azərbaycan xalqı uzun illər bu pisliyi, riyakarlığı görüb, bundan hiddətlənib və heç vaxt unutmayacaq. Bir dəfə də olsun Konqresdə Ermənistanın Azərbaycana qarşı terrorçu əməllərini, işğalçı siyasəti tənqid edən məsələ müzakirə etmədi. Adi görünən məsələ ilə bağlı çıxış etməkdən də imtina edib. Yəni, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib- deyə bəyanatlarla çıxış etməkdən çəkinib. Əksinə, 1992-ci ildə Ermənistan ardıcıl şəkildə Azərbaycan torpaqlarını işğal edən zaman ABŞ azadlığa dəstək aktına 907-ci əlavəni qəbul etdi. Bu qondarma əlavə bu gün də qüvvədədir. Sadəcə olaraq, ABŞ prezidentləri onun hüquqi qüvvəsini hər il dayandırırlar. Fikir verin, Azərbaycanın torpaqları ardıcıl olaraq Ermənistan tərəfindən işğal edilir, haqsız çıxarılan tərəf yenə də Azərbaycan olur. Bu, ABŞ-ın riyakarlığının və ikiüzlü siyasətinin göstəricisidir.
Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr ABŞ-ın məkrli siyasətinin göstəricisidir
Ötən on illər ərzində olduğu kimi, bu gün də ABŞ Azərbaycana qarşı məkrli və qərəzli siyasətini davam etdirir. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr bunun daha bir nümunəsi sayıla bilər. Söz yox ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Bu da onu deyə əsas verir ki, dünyanın aparıcı dövləti kimi özünü təqdim etməyə çalışan ABŞ, əslində, Kardaşyan kimi fahişə modellərin əlində alət olub. Nəzərə almaq lazımdır ki, qondarma tədbirdən öncə tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Görüşün 5 saata qədər davam etməsi onu təsdiq edir ki, tərəflər Azərbaycana qarşı necə şər və böhtanlar səsləndirmək, iddialar və ittihamlar irəli sürmək məsələlərini geniş və əhatə şəkildə müzakirə edib, razılaşma əldə ediblər. Dinləmələr gözlənildiyi kimi erməni lobbisinin tələblərinə uyğun keçirilib. Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsinə, insanlarımızın öz yurd-yuvalarına qayıdışına qısqanclıqla yanaşmalar nümayiş etdirilib. Konqresdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Ancaq bu piylənmiş başlar anlamırlar ki, Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Ölkəmiz dəfələrlə təbii fəlakətlərdən əziyyət çəkmiş dövlətlərə maddi yardımlar göstərib. Pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatlarına və ayrı-ayrı dövlətlərə göstərdiyi maliyyə yardımları bu gün də dünya mətbuatında xeyirxahlıq nümunəsi kimi qeyd olunur.
ABŞ insanlıq üçün təhlükə yarada biləcək dövlətə çevrilir
Yaxşı olardı ki, ABŞ böyük və möhtəşəm uğurlara imza atmaqla demokratik dünyanın əsas aparıcı dövlətlərdən biri olduğunu Azərbaycanın daxili işlərinə burnunu soxmaqdansa, daxili problemlərinin həllinə çalışsın. Konqres ABŞ-ın öz günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı (problemləri açmaq). Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu var. Elə bir münaqişəli dövlət yoxdur ki, orada Fransa kimi ABŞ-ın da əli olmasın. Liviya, Suriya, İraqın, Əfqanıstanın düşdüyü vəziyyət hər şey sübut edir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Ukraynanın düşdüyü vəziyyət, xüsusilə də, Ukraynanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasının günahkarı ABŞ-dır. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətlər unudulmayıb. Təbii ki, heç zaman törətdiyi soyqırımı aktları yaddan çıxmayacaq. Bu baxımdandır ki, Latın Amerikası ölkələrində Amerikaya qarşı kəskin mənfi münasibət mövcuddur. Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dır. 2000-ci illərin əvvəllərindən başlanan rəngli inqilablar ssenarisinin Azərbaycanda da gerçəkləşdirmək cəhdləri göstərildi. Lakin xalqın Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməsi və xarici düşmənlərə qarşı birlik nümayiş etdirməsi ABŞ-ın xam xəyallarını məhv etdi. Bununla da ABŞ Azərbaycandan emisarlarını geri çağırmaq məcburiyyətində qaldı. İfşa olunmasının acısını hələ də yaşayan ABŞ-ın qaranlıq dairələri vaxtaşırı ölkəmizə qarşı şər və böhtan kampaniyasını davam etdir. Lakin anlamalıdırlar ki, heç bir ölkə, o cümlədən, erməni lobbisinin əlində alətə çevrilən ABŞ Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Başa düşüb dərk etməlidirlər ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq. Azərbaycan xalqının birliyi, dünyanın bəzi dost dövlətlərinin dəstəyi ilə Azərbaycana diktə etmək istəyənlərə yeri göstəriləcək.
İ.ƏLİYEV