PDF Oxu

Siyasət

  • 2 353

Xalqın xilaskarı

Xalqın xilaskarı

Azərbaycan müstəqillik yoluna qədəm qoyan vaxtdan ilk vaxtlar ölkə daxilindəki qarşıdurma, hakimiyyətsizlik, səriştəsiz adamların dövləti idarə etmək iqtidarında olmamaları, ancaq böyük-böyük iddialarla yaşamaları xalqın qanı bahasına qazanılmış müstəqillik və suverenliyi məhvə doğru aparırdı. Ölkənin keçmiş rəhbəri Əbdürrəhman Vəzirov 1990-cı il qanlı faciənin törədilməsinə şərait yaradaraq gecə ikən xalqı yuxuya verib aradan çıxdı. Vəzirovun əməllərini davam etdirən Ayaz Mütəllibov da xalqın qan yaddaşında əbədi həkk olan dəhşətli Xocalı faciəsinin törədilməsinə bais oldu. Hakimiyyəti əlində saxlamaq üçün əsrin faciəsini-Xocalı soyqırımını törətməkdən çəkinməyən Ayaz Mütəllibov aranı sakitləşdirmək üçün pezidentlikdən "istefa verdi". Üç aydan sonra qeyri-qanuni yolla yenidən prezident postunu ələ keçirən A.Mütəllibov xalqın tələbləri qarşısında tab gətirə bilməyib, o da özündən əvvəlki rəhbərin "ənənəsinə" sadiq qalaraq xalqı yuxuya verərək gecə ikən qaçıb aradan çıxdı.

Müstəqillik yoluna qədəm qoyan ölkəmizin taleyi bu dəfə də səriştəsiz və təcrübəsiz, savadsız AXC-Müsavat cütlüyünün əlinə düşdü. Hakimiyyətə yiyələndikləri ilk vaxtdan qarətçiliyə, talançılığa başları qarışan "demokratlar" bir də onda ayıldılar ki, erməni quldurları torpaqlarımızı işğal ed-edə gəlirlər. Bir-birinin acığına prezidentlik iddiası və vətənə xəyanət torpaqlarımızın ermənilər tərəfindən daha geniş zəbt olunmasına şərait yaradırdı. Xalq AXC-Müsavat cütlüyünün ölkədə özbaşınalıq, xaos, antimilli hərəkətlər yaratmasına dözə bilmirdi. Ölkədə silahlı vətəndaş qarşıdurması yaranmışdı. Vəziyyətdən çıxış yolunu əvvəlki rəhbərlər kimi xalqı yuxuya verib gecə qaçıb aradan çıxmaqda görən "demokratlar" belə də etdilər.

Ölkənin məhvə doğru getdiyini görən xalq Heydər Əliyevə üz tutdu və müstəqillik yolunda öz kövrək addımlarını atan Azərbaycanın düçar olduğu ağır bəladan xilas yolunu yalnız Heydər Əliyevdə gördü. Ona görə də onun ölkəyə rəhbərlik etməsi təkidlə xahiş edildi. Təbii ki, ömrünün qalan hissəsini xalqına həsr edən müdrik el ağsaqqalı ölkəni bu bəladan xilas etmək üçün razılıq verməli oldu.

1993-cü ilin iyun ayında başlayan rəhbərlik dövründə həm daxili qarşıdurmanın qarşısının alınması, həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, əlaqələrinin artması, həm də erməni quldurlarına qarşı mübarizə, daxili və xarici siyasət uğurla aparılırdı.

Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni həyatında, beynəlxaq əlaqələrində dönüş yaratdı və müstəqil dövlət quruculuğu prosesi başladı. Prezidentin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atılması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin gələcəyi baxımından çox əhəmiyyətli olmuşdur.

Məhz cənab Prezidentin məntiqli siyasəti sayəsində 1994-cü ildə atəşkəs əldə olundu. Həmin il Azərbaycanın NATO ilə əməkdaşlıq və NATO Parlament Assambleyasında müşahidəçi qismində iştirakı barədə saziş imzalandı. Artıq ölkəmizin beynəlxalq aləmdəki nüfuzu gündən-günə artır, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr güclənirdi. Qüdrətli, güclü, nüfuzlu ölkələrdə iqtisadi, siyasi, mədəni əlaqələrin güclənməsi ilə əlaqədar bağlanan sazişlər Azərbaycanı dünya ölkələri arasıda müstəqil bir dövlət kimi tanınırdı.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibət əsaslı surətdə dəyişdi. 1996-cı ildə ATƏT-in Lissabon sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

Artıq ABŞ,Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələr Azərbaycanı müstəqil bir ölkə kimi tanımış və əməkdaşlıq barəsində sazişlər imzalamışlar. Azərbaycanın bayrağı Avropa Şurasının üzvü olan ölkələrin bayraqları ilə bir cərgədə dalğalanır.

Ölkəmiz belə mötəbər bir təşkilatda tribuna qazandıqdan sonra Azərbaycan barəsindəki əsl həqiqətləri dünya ictimayyətinə olduğu kimi çatdırmağa nail oldu. Məhz ümummilli lider Heydər Əliyevin dahiyanə yeritdiyi siyasət müstəqil dövlətimizin Avropa Şurasına üzv olmasına gətirib çıxarmışdı. Belə bir nüfuzlu quruma üzv olmaq üçün zati-aliləri Heydər Əliyev muxtəlif ölkələrə səfərlərə getmiş, qüdrətli ölkələrin rəhbərləri ilə görüşmüş, Azərbaycanı düçar olduğu informasiya blokadasından xilas edərək ölkəmiz haqqında erməni daşnaklarının yaydığı məlumatları alt-üst edərək həqiqətləri olduğu kimi çatdırmağa nail olmuşdur. Cənab prezident hansı ölkəyə səfərə gedirdisə,özü ilə Azərbaycan xəritəsini aparır, torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən zəbt olunmasını əyani şəkildə göstərir, ermənilərin xalqımızı qarətçi, talançı kimi tanınmasının qarşısın alır, beynəlxalq təşkilatlarda ölkəmiz haqqında yaradılmış mənfi rəyin aradan qaldırılmasına nail olmuşdur. ATƏT-in Minsk qrupu və diğər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşərkən Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, 1 milyondan çox qaçqın və məcburi köçkünün öz isti yurd-yuvalarına qan tökülmədən, dinc yolla qaytarılması yollarını axtardığını nümayiş etdirmişdir. Ermənilər isə həmişə bu təklifdən qaçmışlar.

H.Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibət əsaslı surətdə dəyişdi. 1996-cı ildə ATƏT-in Lissabon sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

Azərbaycan Qara Dəniz ölkələri ilə iqtisadi Əməkdaşlıq Sazişinə qoşulması da məhz cənab prezidentin yeritdiyi məntiqli, ardıcıl daxili və xarici siyasətin nəticəsidir. Bu quruma daxil olmaqla ölkəmizin iqtisadi əlaqələri daha da genişlənmişdir.

Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün zəmin yaratmışdır. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində demək olar ki, bütün beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Ölüm hökmü ləğv edilmiş, əfv fərmanı və amnistiya aktlarına əsasən minlərlə məhbus azad edilmişdir. Bütün bunların nəticəsi idi ki, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü qəbul edilmişdir.

Avropa Şurasına üzv olmaq müstəqil dövlətimizə nə verdi? İlk növbədə, Azərbaycan həqiqətlərinin, ölkəmizə sülh, əmin-əmanlıq tərəfdarı olduğunu nümayiş etdirmək üçün yüksək tribuna qazanıldı. Bununla da dünya ölkələrinə Azərbaycan haqqında verilmiş yanlış informasiyalara tədricən son qoyuldu. ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, MOK prezidenti İlham Əliyevin Strasburqdakı məntiqli siyasəti, Dağlıq Qarabağın nəzarətsiz ərazi olması və bu regiondan erməni quldurlarının, ASALA erməni terror təşkilatının narkotik maddələrin daşınmasından tranzit kimi istifadə olunması, narkotik maddələrdən əldə olunan vəsaitin terror hadisələrinə sərf olunması cənab İlham Əliyev tərəfindən təkzibolunmaz faktla avropalı deputatların diqqətinə çatdırıldı. Avropa Şurası Parlament Assambleyasının sessiyasının birində cənab İlham Əliyev dedi ki, erməni terrorçularının Azərbaycanda törətdikləri müxtəlif terror hadisələri zamanı 2 mindən çox dinc əhali öldürülmüş, 1500 nəfər ömrlük şikəst olmuşdur. Məhz buna görə də Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə həmişə hazır olduğunu bildirmiş Amerikanın məruz qaldığı 11 sentyabr terroruna qarşı mübarizədə ABŞ-la həmrəy olduğunu bəyan etmişdir. Cənab İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasında beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən məruzəsi Amerika administrasiyasının diqqətini cəlb etmiş və məruzənin mətni Strasburqdan Amerikaya aparılmışdır. Bundan əlavə ölkəmizin beynəlxalq imicini artıran daha 14 sənəd cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən hazırlanaraq Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş və deputatlar arasında yayılmışdır.

Azərbaycan Prezidenti möhtərəm cənab Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin müqaviləsi" adlandırılan neft kontraktı məhz Bakıda imzalanmış və dünyanın 45 ən böyük neft şirkəti bu kontrakta imza atmışlar. Bir vaxtlar əfsanəyə, rəvayətə bənzəyən Bakı-Tiblisi-Ceyhan neft kəmərinin çəkilişi artıq reallaşmışdır. Bütün bunlar Azərbaycanın müstəqil bir dövlət kimi dünya ölkələri arasında inam və nüfuz qazanılmasında irəli gəlir. İndi dünya ölkələri arasında Azərbaycanın adi hörmətlə və ehtiramla çəkilir. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirmələrindən biri olan cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü seçilməsi ölkəmizə qarşı nüfuzlu beynəlxalq təşkilatın göstərdiyi böyük etimadın nəticəsidir. Bu tarixi hadisədən bir qədər əvvəl, 2002-ci ilin oktyabr ayında cənab İlham Əliyevin ABŞ-a səfəri və səfər zamanı görkəmli siyasətçilərlə, dövlət məmurları ilə görüşməsi, ikitərəfli əməkdaşlıq barədə dəyərli təkliflər irəli sürməsi dünya ictimayyətinin diqqət mərkəzində olmuşdur. Bütün bunlar ölkəmizin adının beynəlxalq təşkilatlarda hörmət və ehtiramla çəkilməsinə, nüfuzunun yüksəlməsinə səbəb olmuşdur.

Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrinmöhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. Xarici səfərlər zamanı Azərbaycan nümayəndələri ilə görüşləri, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması, onların azərbaycançılıq ideyaları ətrafında sıx birləşməsi sahəsində Heydər Əliyev böyük işlər görmüşdür.

Bəşər boyu insanı ucalıdan, tanıtdıran, tarixdə yaşadan yalnız və yalnız onun qadir əməyi, uzaqgörənliyi, vətəni, xalqı, millətinin azadlığı, dövlətin müstəqilliyi, suverenliyi uğrunda can yandırması olub. Bütün bu ali, yüksək örnək olacaq keyfiyyətlərin hamısı Cənab Heydər Əliyevdə cəmləşmişdir.

Azərbaycan Müstəqil bir dövlət kimi gündən-günə inkişaf edir, çiçəklənir. Ölkəmizin üçrəngli bayrağı qabaqcıl və qüdrətli ölkələrin bayraqları ilə bir cərgədə iftixarla dalğalanır. Müstəqil Azərbaycanın adının dünyanın qabaqcıl ölkələri ilə yanaşı qoşa çəkilməsi Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətinin bəhrəsidir ki, Azərbaycan beynəlxalq aləmdə güclü nüfuz sahibi olmuş, qüdrətli ölkələrdən birinə çevrilmişdir.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Heydər Əliyevin uzaqgörən siyasəti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İlham Əliyev çoxlarının qibtə edəcəyi siyasi elitaya, uzaqgörənliyə, xüsusi qabliyyətə, hadisələri dərhal təhlil edib düzgün qərar çıxarmaq dünyagörüşünə malikdir. Bunu dünyanın bir çox tanınmış siyasi xadimləri də təsdiqləyir.

Cənab İlham Əliyevin ABŞ-a səfərini bu ölkənin o zamankı prezidenti Corc Buş da yüksək qiymətləndirmiş və İlham Əliyevə müraciət edərək demişdir: "Sizin kimi mən də əminəm ki, Azərbaycan və Amerika arasında iqtisadi və siyasi əlaqələr daim genişlənməkdədir. Tam inanıram ki, qarşılıqlı hörmət,əməkdaşlıq və açıq dialoq əhval-ruhiyyəsi şəraitində və xalqımızın rifahı naminə biz birlikdə çalışaraq sülhü, azadlığı və firavanlığı inkişaf etdirə bilərək. Bütün bunları nəzərə alaraq mən məmnuniyyətlə sizinlə yenidən görüşümüzü səbirsizliklə gözləyirəm".

Türkiyə Cümhuriyyətinin Avropa Şurasındakı nümayəndə heyətinin üzvü, Böyük Millət Məclisinin deputatı Hüseyn Qalxanın dediklərindən: "Mən Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin bu fəaliyyəti böyük təqdirlə qarşılayıram və alqışlayıram. Onlar lazım olan və görülməli işləri ən yaxşı şəkildə həyata keçirdilər. Azərbaycan Avropa Şurasına daxil olarkən böyük həyəcan keçirirdim, sevincimdən göz yaşları tökürdüm. Hətta o zaman buradan telefon vasitəsi ilə Azərbaycanla danışanda da bunu bir daha bildirdim və bu sevincimizin mənasız olmadığını gördüm. Cənab İlham Əliyev kimi yetkin və təcrübəli siyasətçinin nümayəndə heyətinə rəhbərlik etməsi məndə belə bir inam yaratməşdı ki, Azərbaycan Avropa Şurasının ən fəal, ən qabaqcıl üzvülərindən biri olacaq. İlham Əliyev artıq bu fərziyyələri reallaşdırdı".

ABŞ-in ilk prezidenti Terri Adams da Azərbaycanın uğurlu gələcəyinin cənab Heydər Əliyev və İlham Əliyevdən aslı olduğunu deyib: "Mən Azərbaycanın inkişafını böyük optimizmlə izləyirəm. Hazırda ölkənin tarixində həlledici dəyişiklilər dövrü, neft yeni inkişaf mərhələsi başlanmışdır. Biz Bakıya və Azərbaycana prezident Heyər Əliyevin rəhbərliyi, ARDNŞ-in birinci vitse prezidenti İlham Əliyevin fəal iştirak etdiyi neft diplomatiyasının altında çiçəklənməsini arzulayırıq".

O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında puç oldu, Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Qısa müddətdə dövlətimizin bütün sahələrdə əldə etdiyi qələbələr eyni zamanda ulu öndər Heydər Əliyev siyasətinin nəticəsidir.

Aidə Musayeva
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Digər xəbərlər