PDF Oxu

Siyasət

  • 1 668

“Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi missiyasına qoşulub” - NAZİR MÜAVİNİ

“Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi missiyasına qoşulub” - NAZİR MÜAVİNİ

“Özbəkistan qadınların hüquqlarının inkişaf etdirilməsi missiyasına qoşulub”. SİA xəbər verir ki, bu sözləri Özbəkistan Baş nazirinin müavini Zulayho Mahkamova Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlaması zamanı deyib.Nazir müavini sözlərinə belə davam edib: “Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atıb. Belə ki, 100-ə yaxın hüquqi sənəd qəbul edilib, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər ratifikasiya olunub.Qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistemlə kreditlər verməyə başlayıb. Bu konfrans Özbəkistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur”.

Ayşən Vəli

Digər xəbərlər