Siyasət

  • 1 172

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır ŞƏRH

image

21 noyabr 1992-ci il ictimai-siyasi tariximizin ən əlamətdar günlərdən biridir. Bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Bu gün Müstəqil Azərbaycanın gələcəyə inamla addımlamağa başladığı gündür.

YAP müasir müstəqil Azərbaycan tarixinin ən çətin anlarında, ən çətin günlərində yaradılan partiyadır. 90-cı ilin əvvəllərində ölkəmizdə baş verən hadislər yaqin ki, hər birimizin yadındadır. Bu tədbirdə iştirak edən böyük əksəriyyəti bu hadisələrin canlı şahidləridir. Ölkəmizdə xalqla ixtidarın birliyi mövcud deyildir, ölkəmizdə xaos, anarxiya, hakimiyyətsizlik baş alıb gedirdi. Və bütün bu amillər ölkəmizin vətəndaş müharibəsinə aparır. Ölkəmiz uçurum vəziyyətdə idi. Və bu amillərdən istifadə edən düşmənlərimiz torpaqlarımı zəbt eləməyə başladı. Təbii olaraq ki, bununla razılaşmayan Azərbaycan ziyalılar, Azərbyacan sevərlər, Azərbaycan vətəndaşları xalqımızın xilaskarı Heydər Əliyevə müraciət elədilər. Ziyalılar Heydər Əliyevə müraciət edərək Azərbaycanda yeni siyasi partiyanın yaradılmasının və ona rəhbər etməsini Heydər Əliyevdən xahiş elədilər. O zaman ixtidarda olan qüvvələrin bütün törətdiyi maneçilərə baxmayaraq 550 nəfərdən ibarət olan təşəbbüs qrupu ölkəmizin bütün regionlarından olaraq Naxçıvana gələrək YAP təsis qurultayını keçirdi. Və bu qurultaya ümumillli lider Heydər Əliyev sədrlik etdi. Bundan sonra dekabrın 18 də YAP Ədliyyə nazirliyindən qeydiyyatdan keçdi. Və bununla da ölkəmizdə yeni partiya yaradıldı. 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə yenidən qayıdan ulu öndərimiz xalqımızı, dövlətimizi, millətimizi böyük bir fəlakərdən xilas etdi. Ölkədə atəşkəs rejimi elan olundu, müharibə dayandırıldı.

Heydər Əliyev: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”.

Qısa müddət ərzində YAP müxalif partiyadan ixtidar partiyasına çevrildi. Bu müddət ərzində YAP qarşısında olan bütün hədəfləri YAP rəhbəri üzvləri uğurla həyata keçirib. Lakin hər birinizin, hər Azərbaycan Respublikasının vətəndaşının ürəyində bir arzusu var idi. Torpaqlarımızı işğaldan azad etmək. Bunu da ulu öndərin davamçısı ali baş komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək bizim xalqımızı qələbəyə çatdırdı və sevindirdi.

Təbii ki, bunlara nail olmaq üçün dövtlətin qüdrətli, müdrik, uzaqgörən ideyaları olan sərkərdəsi olmalıdır. Bu xüsusiyyətlərin hamısını özündə birləşdirən Ulu öndər Heydər Əliyevin məktəbini keçən Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində qəhrəmanlıq salnaməsi yazdı. Bu salnamə əsrlər boyu deyiləcək. 44 günlük müharibənin Zəfəri əbədi olaraq tarixə, onun qəhraman şəhid və qaziləri qəlblərə həkk olundu.

Cənab prezidentimiz İlham Əliyev azərbaycan tarixində ən böyük xidmətlərindən biri də odur ki, o, bütün siyasi qüvvələri Vətən, torpaq məsələsində birləşdirə bildi. Bu hamımızın gözü qabağında oldu. 1905-1906-ci illəri, 1918-1920-ci illəri, Birinci Qarabağ Müharibəsini yada salaq. 44 günlük müharibə ilə İlham Əliyev Azərbaycan tarixinə yeni tarix gətirdi. XX ci əsrin əvvələrində Zəngəzur deyilən ifadə yox idi. Azərbaycan tarixindən çıxarılmışdır. İlham Əliyev yenidən Azərbaycan tarixinə daxil etdi. Cənab prezident təkcə hərb sahəsində deyil, həm də diplomatiya sahəsində qəhraman oldu.

Zəfər günündə gözlərimin qarşısında müstəqil Azərabycan canlanır, əvvəl Heydər Əliyev, sonra cənab prezidentimiz İlham Əliyevlə daima irəliyə, inkişafa, tərəqiyyə doğru gedir və bu davamlı inkişaf bu illər ərzində bir an olsun dayanmayıb.

Ikinci ildir ki, Vətən müharibəsinin qələbəsini qeyd edirik. Vətən müharibəsi bütün möhtəşəm hərbi, siyasi, diplomatik qələbəmiz olmaqla yanaşı həm də Qarabağda qürurumuzu yenidən nümayiş etdirdi. Ancaq müharibə son qələbəmiz deyil. Qələbəmiz davam edir. Müharibədə qazandığımız Zəfəri, Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş torpaqlarda keçirilmiş Xarıbülbül festivalı və digər tədbirlər dünya səviyyəsində nümayiş olunur. Azərbaycan daima inkişafdadır istər mədəniyyət sahəsi olsun, istər elm, istər idman. Azərbaycan geniş inkişaf ilə dünyada nümunə oldu.

Zəfərin qazanmasında azərbaycan xalqın, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, dəmir yumruq kimi birləşdi. Bütün dünya, həmçinin işğalçı Ermənistan və onun tərəfdaşları Dəmir Yumruğun gücünü, qüdrətini gördü.Zəfər bayramı Azərbaycan tarixinin qürurlu günüdür. Artıq 44 rəqəmi tarixin bir simvoluna çevirilib.Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününü qürurla və şərəflə qeyd edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!Bu qələbəni biz şəhidlərinizin canı, qanı bahasına, əsgərlərimizin, zabitlərimizin qəhramanlığı nəticəsində qazandıq və təməli ulu öndər tərəfindən qoyulmuş, bu gündə onun layıqlı danamçısı, cənab prezidentimiz uğurlu siyasətin nəticəsində əldə etdik. Biz ömrümüzün sonuna qədər, hər bir azərbaycanlı vətəndaşı şəhidlərimizə, ordumuza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah yaralı qardaşlarımıza şəfa versin.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının Elm və Təhsil Nazirliyin Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər