Siyasət

  • 2 092

YAP-ın yaranması müasir Azərbaycanın dönüş nöqtəsi oldu ŞƏRH

image

21 noyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının təsis olunması ilə bağlı konfransın keçirilməsindən 31 il ötür. Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Partiyanın təsis konfransı Azərbaycanın bütün regionlarından gələn nümayəndələrin iştirakı ilə Naxçıvanda keçirildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Elə həmin vaxt da YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi. Bundan sonra vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulmağa başlamış, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Konfransdan bir neçə ay sonra partiya sıralarında üzvlərin sayı minlərlə idi. O vaxtkı yaradılan əngəllər Yeni Azərbaycan Partiyası ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi və dövlət müstəqilliyinin təməli üzərində yaranan partiyamız Respublikanın siyasi həyatına yeni nəfəs qatmış, qurtuluş və tərəqqinin simvoluna çevrildi.

Təsis konfransı Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Dahi lider 1970-1980-ci illərdə gördüyü işlərə görə və xalqın rəğbətini qazandığı üçün 91 vətənpərvər şəxs ona müraciət edib. Onların bu əməyi ölkəmizin tarixində öz layiqli yerini tutmuşdur. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamış və bu gün də rol oynamaqda davam edir.

Müasir Azərbaycan dövlətçiliyi tarixində keçirilmiş konfrans dönüş nöqtəsi oldu. Üzvlərinin sayı 700.000 nəfəri ötən Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ideyaları və apardığı siyasət xalq tərəfindən dəstəklənir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bildirmişdir: “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”. Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqillik tarixində öz dəsti-xətti rolu vardır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası bu gün də möhtəşəm nəticələr qazanmaqda davam edir. Xalqımız ölkə başçısının ətrafında sıx birləşib. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Partiyamızın beynəlxalq əlaqələri də genişlənməkdə davam edir. Yeni Azərbaycan Partiyası 31 il ərzində böyük inkişaf yolu keçmiş və bir çox uğurlara imza atmışdır. Ümumxalq partiyası olan YAP-ın fəaliyyəti bundan sonrakı dövrlərdə də ölkəmizin inkişafına xidmət edəcək.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər