Siyasət

  • 5 682

21 noyabr tarixində YAP-ın 31-ci yaş günü qeyd ediləcək ŞƏRH

image

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul edib.21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilib.Partiyanın yaranış illərində Azərbaycan siyasi çəkişmələrin, müharibə, aclıq, iqtisadi tənəzzül yaşayan, vətəndaş müharibəsinin eşiyində olan bir ölkə idi.

Yeni müstəqil olan Azərbaycan idarəçilik təcrübəsi olmayanların, qonşu dövlətlərin yem gözü ilə baxdığı, vəzifə davaları, kreslo mübarizələri və dağınıq xarici siyasəti olan respublika idi.Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl və davamlı inkişafa hesablanmış siyasət bu gün Azərbaycanı ərazi bütövlüyünü təmin edən, regionda lider dövlətə çevirib.

Məhs xalqımızın başına ağır faciələrin gətirildiyi, siyasi oyunların, hərc-mərclik baş alıb gedən dövlətdə Heydər Əliyev və onun rəhbərlik elədiyi YAP siyasi kursu hakimiyyətin ilk illərindən dərhal müharibənin dayandırıb ölkənin bütün mümkün resurslarını inkişafa yönəldilməsi, iqtisadi, təhsil, səhiyyə, ədliyyə, təhlükəsizlik sahələrində islahatlar, bacarıqlı kadrların təyin edilməsi, 20 il sonrası üçün kadrların hazırlanması, vətənsevər və intelektual yeni nəslin formalaşdırılması, güllə almağa pulu olmayan dövlətin nəhəng silah arsenalının yaradılması, hərbi sənayenin yaradılması nəticəsində silah alan dövlətdən silah satan dövlətə çevrilməsi saya gəlməyəcək uğurların göstəricisidir.

Məhz YAP-ın siyasi hakimiyyətə gəldiyi dönəmdən Azərbaycanda valyuta ehtiyatları formalaşmış, maksimum iqtisadi rifahın, sürətli maliyyə dövriyyəsinin, stabil iqtisadiyyat, energetika sahəsində nəhəng əməkdaşlıqlar, innovasiyalara əsaslanan təhsil siyasəti kimi bu gündən 15-20 il sonrası üçün hesablanmış uğurları göstərə bilərik.Bu gün Azərbaycan Qarabağı işğaldan azad edib, bu gün Azərbaycan regionda nəhəng iqtisadi, kommunikasiya, energetika müqavilələrinin mərkəzində yer alır, bu gün Azərbaycan olmadan dünyanın nəhəng siyasi gücləri bu regionda söz keçirə bilmirlər, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir bəli bu, Azərbaycan 31 illik siyasətin, zəhmətin, əziyyətin nəticəsidir.

Ramin Bəhmənli

YAP Ağdam rayon təşkilatının fəalı

Digər xəbərlər