Siyasət

  • 1 059

“Xarici agentlər haqqında qnun” qəbul edilsə Əli Kərimli həbs olunacaq ANALİZ

image

Təsdiq olunmuş faktlar ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən dağıdıcı müxalif partiyalar və onlara rəhbərlik edənlər bu və digər formada xarici fondlara bağıdırlar. Məhz bu bağlılıq nəticə etibarı ilə AXCP, Müsavat, Real, “Milli Şura” kimi partiyaların və qurumların Azərbaycanın dövlət maraqlarına deyil, xarici dairələrin mənafeyindən çıxış etməyə məcbur edir. Söz yox ki, bu cür işlər mexanizm rolunda çıxış edilməsi arzuolunan hal hesab edilməsə də müxaliflər bunun fərqində deyil. Onlar üçün başlıca hədəf və məqsəd maddi imkanlarını artırmaq və siyasət meydanında ömürlərini bir qədər də uzatmaqdır. Əgər belə olmasa idi AXCP sədri Əli Kərimli, “Milli Şura” nın rəhbəri Cəmil Həsənli, Real sədri İlqar Məmmədov, Milli Şuranın üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri vicdanlarının səsinə qulaq asıb, Qarabağ zəfərinin sevincini yaşayan xalqla eyni mövqedən çıxış edərdilər.

Dağıdıcı müxalifət yaradılan şəraitdən sui-istifadə edir

Görünən ondan ibarətdir ki, dağıdıcı müxalif məxluqlar torpaqlarımızın 30 illik erməni işğalına son qoyulmasından pərişan olublar, qəmə-qüssəyə qərq olublar. Mətbuata verdikləri açıqlamalarında , sosial şəbəkələrdə paylaşdıqları statuslarında Qarabağın işğaldan azad edilməsinin “yarımçıq qələbə” olduğunu iddia edib, bu yöndə cəfəng, erməni lobbisinin maraqlarına xidmət edən fikirlər qeyd edirlər. Hətta Mozambikdə, Fransada, ABŞ-da, Şimali Koreyada baş verən əcayib-qərayib olaylara münasibət bildirən, bəzi məqamlara xoş hislərlə təriflər yağdıran dağıdıcı müxalif məxluqlar noyabrın 8-də Xankəndində keçirilən zəfər paradı ilə bağlı bir kəlmədə olsun fikir bildirmədi. Danışmadılar, dinmədilər, sanki paradın keçirilməsindən, xalqın coşqu ilə meydanlara çıxıb qürurlu anları şadyanalıqla qeyd etməsindən xəbərsizdirlər. Yəni qulaqları kar, gözləri kordur. Belə müxalifət şübhəsi ki, satqın və xəyanət yolu tutan müxalifətdir. Hansısa Avropa dövlətin belə hallar yaşasa idi, söz yox ki, həmin müxalif partiyaların dövlət qeydiyyatları ləğv edilər, rəhbərliyi isə həbsə atılardı. Nə edək ki, Azərbaycan dövləti humanist və xeyirxah missiya həyata keçirən dövlətdir. Qanunlarımız pərdə arxası xarici dairələrə agentlik edən dağıdıcı müxalif partiyalara qarşı hüquqi tədbirlər görməyə imkan vermir. Lakin hesab edirəm ki, vaxt çatıb, artıq xaricə agentlik edənlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində hüquqi tədbirlərin görülməsinin zamanıdır. Nəzərə almaq lazımdır ki, bir sıra Avropa ölkələrində və ABŞ-da “xarici agentlər haqqında qanun” mövcuddur.

Azərbaycan “xarici agentlər haqqında qanun”u qəbul etsə dağıdıcı müxalifətin meydanı daralar

Oxşar qanun ABŞ-dan sonra 2012-ci ildə Rusiyada qəbul edilib. Daha sonra 2017-ci il də Macarıstan sözügedən qanunu qəbul edib. Fransa, Belçika, Niderland və digər Avropa ölkələri də oxşar qanunu qəbul ediblər. Gürcüstan dövləti “xarici agentlər haqqında qanun” layihəsini qəbul etməyə hazırlaşır. Layihəni hakim “Gürcü Arzusu” partiyasını rəsmən tərk etmiş hökumətyönlü deputatlardan ibarət “Xalqın Gücü” qrupu təqdim edəcək. Onlar təşəbbüslərini elan edərkən layihənin “açıqlıq və şəffaflıq prinsiplərinə” əsaslandığını bildiriblər. Gürcüstan parlamentinin qanunu qəbul edəcəyi gözlənilir. Çünki, bir sıra KİV-lər, siyasi partiyalar, onlayn media, QHT-lər açıq şəkildə xarici dövlətlərdən maliyyələşir və maliyyə aldıqları dövlətlərin bəzi maraqları çərçivəsində çıxış edirlər. Bu isə hökuməti ciddi narahat edir. Gürcüstan parlamentinə təqdim oluna qanun layihəsində əks olunan müddüalar aşağıdakılardan ibarətdir:

- Gəlirinin 20%-dən çoxunu “xarici qüvvvələr”dən əldə edən hər hansı təşkilat “Xarici Qüvvələrin Agentlərinin Reyestrində” qeydiyyatdan keçməyə məcbur ediləcək və ya 25 min lariyə (16 min AZN) qədər cərimələnəcək.

- “Xarici qüvvələrin agentləri” hesab edilənlər illik gəlir bəyannamələrini mütləq təqdim etməli olacaqlar.

- Ədliyyə Nazirliyinin “xarici qüvvələrin agentləri” hesab etdikləri təşkilatları araşdırmaq və sənədləri əldə etmək səlahiyyəti olacaq.

Layihə müəlliflərinin iddialarına görə, bu təklifi hazırlayarkən Qərb nümunələri, o cümlədən ABŞ-ın FARA qanununa (Xarici agentlərin qeydiyyatı haqqında qanun) əsaslandıqlarını iddia edib. Bu qanun ABŞ hökumətinə lobbiçilik edən şəxslərdən və təşkilatlardan istənilən xarici maliyyə vəsaitini açıqlamağı tələb edir. Bununla yanaşı olaraq Gürcüstan dövləti “Media məkanında yalan və söyüşlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsini” qanun layihəsini qəbul etməyi planlaşdırır.

Qanun qəbul edilsə, dağıdıcı müxalifət satqınçılıq etməkdən, xəyanət yolu tutmaqdan çəkinər

Bir sözlə görünən ondan ibarətdir ki, əksər ölkələr müxtəlif qüvvələrə və ölkələrə agentlik edən siyasi, ictimai təşkilatların ifşa edilməsi üçün qanunvericilik yolu ilə sərt tədbirlər görür. Niyə də ki, Azərbaycan dövləti beynəlxalq təcrübəyə uyğun olaraq analoji qanunların qəbul edilməsinə maraq göstərmir? Əgər belə bir qanun qəbul edilərsə, xarici maraqlı dairələrə agentlik edən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Real sədri İlqar Məmmədov, Milli Şuranın üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərlərinin meydanları daralar. Onlar hər an ifşa olunaraq həbs edilə biləcəklərini dərk edib, ayaqlarını kənara atmaqdan və satqınçılıq etməkdən, xəyanət yolu tutmaqdan çəkinərlər.

İ.ƏLİYEV

Digər xəbərlər