İlham Əliyev: "Nəticə eyni olacaq..."
Ermənistanın Azərbaycana qarşı yeni müharibə sindromu artmaqda davam edir. Belə ki, Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge” özüyeriyən MArG 155 haubitsalarının Ermənistana çatdırılacağını açıqlayıb. Sözügedən hərbi texnikaların, xüsusən, dağlıq ərazilərdə effektiv olduğu da bildirilməkdədir.
Rəsmi İrəvanın Qərbdən və digər havadarlarından, necə deyərlər, "müharibə etmək vüsətini" alması, Azərbaycana qarşı savaş ritorikasına əl atması ilə bağlı mətbuata fikir bildirən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın yenidən silahlanmaya ciddi vəsaitlər ayırması onun sülh müqaviləsinin imzalanmasına hazırlaşmadığını göstərir:
Ədalət Verdiyev: “Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir”
"Hindistan və Fransadan müdafiə silahları aldığını elan edən rəsmi İrəvana, eyni zamanda, hücum xarakterli silahların da çatdırıldığının şahidiyik. Bu, bir daha onu göstərir ki, Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir”.
Ədalət Verdiyevin fikrincə, alınan silahların miqyası rəsmi İrəvana Vətən müharibəsində itirdiyi silah və texnikaların yerini doldurmağa, həmçinin, Azərbaycanla güc balansında müsbət dəyişikliyə imkan vermir: "Hindistan və Fransadan müdafiə silahları aldığını elan edən rəsmi İrəvana, eyni zamanda, hücum xarakterli silahların da çatdırıldığının şahidiyik. Bu, bir daha onu göstərir ki, Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir”.
Hərbi ekspert: "Heç şübhəsiz, Ermənistanın silah-sursatı, digər ölkələrdən alınan hərbi texnikaları ordumuzun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı məsafəyə yaxınlaşdıqda onlar qətiyyətlə məhv ediləcək"
"30 illik işğal tarixi olan ölkənin yenidən silahlandırılması həm Fransa, həm də Hindistanın Qafqazda sülhə, sabitliyə zərbə vurmaq, mümkün sülh danışıqlarını sıfırlamaq məqsədini göstərir. Rəsmi İrəvanın bu fəaliyyəti istənilən halda Azərbaycan tərəfindən adekvat cavab tədbirləri ilə qarşılanacaq. Heç şübhəsiz, Ermənistanın silah-sursatı, digər ölkələrdən alınan hərbi texnikaları ordumuzun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı məsafəyə yaxınlaşdıqda onlar qətiyyətlə məhv ediləcək”, - hərbi ekspert vurğulayıb.
Yekun ismarıc: "Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə!"
Bu arada, Azərbaycan Prezidenti İlham Əliyevin iraqlı həmkarı Ədüllətif Camal Rəşidlə görüşü zamanı mühüm bəyanatını da vurğulayıb.
"Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə!", - deyə dövlətimizin başçısı rəsmi İrəvana mesaj yollayıb.
Beləliklə, Ermənistan rəhbərliyi bir daha dərindən düşünməli və bu dəfə özünün tam olaraq xəritədən silinməməsi üçün Prezident İlham Əliyevin sözlərinə əməl etməlidir. Əks halda...
Afət Tahirqızı